Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2021

Daha 2 hərbçimizin şəhid xəbəri gəldi: Bu gün dəfn ediləcəklər - FOTO

Vətən müharibəsinin Murovdağ cəbhəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn leytenantımız İntiqam Allahverdi oğlu Abdullayevin 165 gün sonra nəşi müəyyən edilib.



Şəhidimiz əslən Ordubad rayonunun Düylün kəndindəndir. O, bu gün doğma kəndində dəfn ediləcək.


İtkin düşən daha bir hərbçimiz, Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Vüsal Elşən oğlu Məmmədovun nəşi dünən Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi bu gün Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn ediləcək.



Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

Allah hər iki şəhidimizə rəhmət eləsin!


577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP