Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2021

İsrail dronları ilə Qafqaz yəhudilərini seçki qutuları səmtinə çəkmək mümkün olmayacaq

Dronların Qarabağda uğurları İsraildə yaşayan Qafqaz yəhudilərinin məişət problemlərini və minimum vətəndaşlıq hüquqlarını təmin edə bilməz.

“İSNA”-nın verdiyi xəbərə görə, İsrail məsələləri üzrə ekspert Miqdad Həsəni İsraildə yaşayan Qafqaz yəhudilərinin problemlərini təhlil edib. Məqaləni təqdim edirik:
İsraildə baş tutan qabaqkı knesset (parlament) seçkiləri barədəki məqalədə qeyd etdik ki, İsraildə Qafqaz yəhudiləri Efiopiya və Mərakeş yəhudiləri ilə eyni səviyyədə yer alır. Onlara qarşı aşkar sosial ayrıseçkilik mövcuddur, “dəli qafqazlılar” İsraildə küçə sözü kimi istifadə olunur.
Habelə dedik ki, Qafqaz yəhudiləri sosial qorxu, mühit anomaliyası və məişət problemləri üzündən siyasi işlərdə çox az iştirak edə bilirlər. Bu camiənin adamları digər yəhudilərlə müqayisədə daha az siyasi agahlıq və fəallığa malikdirlər. Qeyd olunan mövzular onların “siyasətçilərində” belə müşahidə olunur. Qafqazlı cəmiyyətin lider və siyasətçiləri heç vaxt hansısa cərəyanı yaratmayıblar və daim müxtəlif hökumətlərin yaratdığı siyasi dalğa çərçivəsində hərəkət edirlər. Onlar bir sıra oyunlarla sionist partiyaların məqsədlərinin irəliləməsi üçün bir qrup Qafqaz yəhudisini özlərinə qoşur, bunun üçün populist vasitələrdən də faydalanırlar.

23 mart 2021-ci ildə İsraildə 24-cü knesset seçkiləri keçiriləcək. İsraillilər 2019-cu ildən başlamış bu dövrü “İsrailin siyasi böhranı” adlandırıblar. Çünki, 2 il ərzində 3 dəfə Knesset seçkiləri həyata keçirilmiş və hər 3-ü buraxılmışdır, bir neçə gündən sonra isə 4-cü dəfə seçkilər keçiriləcək. Bunun səbəbi müstəqil, güclü bir hökumət qura bilməmələri, hətta “Vəhdət hökuməti” planı və son növbədə “Mübadilə hökuməti”nin də bu problemi həll edə bilməməsidir.

Həyata keçirilən araşdırmalara əsasən, Qafqaz yəhudilərinin son seçkilərdə iştirak səviyyəsi İsraildə yaşayan ərəblərin iştirak səviyyəsindən də az olmuşdur.
Öncəki seçkilərdə Qafqaz yəhudiləri liderlərinin təlaşları ilə Likud Partiyası və Netanyahu ilk dəfə olaraq Qafqaz yəhudiləri arasında seçki proqramı təşkil etdi. Bu toplantı Or Akiva şəhərində keçirildi. Lakin Qafqaz yəhudiləri toplantını çox da dəstəkləmədilər. Qafqaz yəhudiləri cəmiyyətinin əsas hissəsinin bu şəhərdə məskunlaşmasına baxmayaraq, Netanyahunu və partiyasını qarşılamaq üçün Luna konfrans salonuna 150 nəfərdən çox adam toplaşmadı.

Likud Partiyası Qafqaz yəhudiləri siyasətçilərinə və rəhbərlərinə nikbin yanaşır. Halbuki, onlar həmişə siyasi dəllallar olublar və qeyd olunduğu kimi özləri hansısa cərəyanı yaratmırlar. Bu xüsusiyyət daim İsraildə yaşayan Qafqaz yəhudilərinin aradan qalxmayan problemlərinin amillərindən hesab olunur.
İsrailli siyasətçi Aviqdor Libermanı Azərbaycan Respublikasında İsrailin fəaliyyətlərinin bir çoxunun təməlini qoymuş bir şəxs kimi tanımaq olar. O, bu ölkədə bir sıra mühüm şəbəkələr yaratmışdır, hətta israilli ekspertlər öz təhlillərində belə nəticəyə gəlirlər ki, 2018-ci ildən sonra İsrailin Azərbaycanda ekspansiya sürəti gözlənildiyindən aşağı düşübdür və bugün İsrail Azərbaycanla münasibətləri daha çox artırmağa səy edir.

2018-ci ildə Netanyahu və onun hökuməti ilə fikir ayrılığı yaşayan Liberman müdafiə naziri vəzifəsindən istefa verdi. Lakin diqqəti çəkən mövzu budur ki, Libermanın yetirmələri sayılan Qafqaz yəhudiləri liderləri, o cümlədən Elizarov və Liviov Netanyahuya tərəf getdilər, çox asanlıqla öz ağalarını qırağa qoydular, üstəlik onun əleyhinə hərəkətə keçdilər, partiyasının korrupsiyasının və qızının bank hesablarının ifşa olunmasına səy göstərdilər.

Qarşıdakı seçkilərdə İsraildə yaşayan Qafqaz yəhudiləri arasında təbliğat boşluğu və zəifliyi müşahidə olunur, ötən seçkilərlə müqayisədə istər virtural aləmdə, istərsə də real həyatda seçki təbliğatlarına az yer verilmişdir. Bunun səbəbi odur ki, Qafqaz yəhudiləri liderləri Qarabağ müharibəsindən sonra İsrail dronlarının bu müharibədə uğurları barədə reklam şousunu işə salmaqla Qafqaz yəhudiləri cəmiyyətinin mövqeyinin bu təbliğat ilə bərkidildiyini düşünürlər.

Lakin bunun cavabında demək olar: Qafqaz yəhudiləri bu reklam şousunun təsiri altında Qarabağın böyük hissəsinin işğaldan azad olunmasından razı qala bilərlər, lakin dronların Qarabağda uğuru İsraildə yaşayan Qafqaz yəhudilərinin məişət problemlərini həll edə və minimum vətəndaşlıq hüquqlarını təmin edə bilməz. İsrail dronları Qafqaz yəhudiləri cəmiyyətindəki fəsad və narkomaniyanı aradan qaldıra bilməz. Qafqaz yəhudilərinin daha çox məskunlaşdığı Əkka şəhəri işsizliyin ən çox qeydə alındığı bir şəhərdir və bunun əsas hissəsi Qafqaz yəhudiləri cavanlarının payına düşür.
İsrail dronları Lutman parça sexindən gecə vaxtı işdən evlərinə qayıdan qafqazlı gənc qızlara təcavüz edilməsinin qarşısını ala bilməz.

Sonda demək olar ki, Qafqaz yəhudilərinin dərdi İsrail dronlarından daha böyük və daha qiymətlidir, bu təbliğat şousu ilə onları seçki qutularına tərəf aparmaq mümkün deyil.


696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP