Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2021

Tanzaniyada hicablı müsəlman qadın prezident oldu

Samiə Suluhu Həsən Tanzaniya tarixində ilk dəfə olaraq qadın prezident kimi and içib.
Xanım prezident 19 mart cümə günü Tanzaniyanın ən böyük şəhəri Dar əs-Səlam şəhərində əlində Quran tutaraq and içib.
Tanzaniya prezidenti Con Maqufilinin 61 yaşınfa qəfildən vəfat etməsinin ardınca vitse-prezident Samiyə Suluhu Həsən 2025-ci ildə keçirilən prezident seçkilərinə qədər bu ölkədə prezidentlik səlahiyyətlərini icra edəcək.
Con Maqufili 17 martda ürək tutmasından bu ölkənin paytaxtı Dar əs-Salamda xəstəxanada vəfat edib.
Xanım Suluhu Həsən 61 il bundan əvvəl Zənzibar vilayətində dünyaya gəlib və bu ölkənin yaxşı ad qazanmış siyasətçisi kimi tanınır. O, “MamaSamiyə” adı ilə tanınır və bu ləqəb Tanzaniyada hörmətli ləqəb sayılır.
Xanım Suluhu Həsən İngiltərə Mançester Universitetinin məzunudur. O, 2015-ci ildə C. Maqufilinin müavini seçilib və ötən il bu ölkənin Konstitusiyasına əsasında yenidən vitse-prezident vəzifəsində qalıb.
Xanım Suluhu Həsən Afrikada 5-ci qadın prezident, ilk hicablı müsəlman qadın prezidentdir.


677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP