Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2021

Səfirdən qəribə iddia: “Putinə görə üzr istəyirlər...”

ABŞ vətəndaşlarından Rusiyanın Vaşinqtondakı səfirliyinə Prezident Co Baydenin rus həmkarı Vladimir Putin haqda səsləndirdiyi fikirlərə görə üzr istəyən məktublar daxil olub.

Bu iddia ilə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov çıxış edib.

“Rusiya və ABŞ arasında dostluq münasibətlərinin inkişafına dəstək olaraq səfirliyə məktub göndərən Amerika vətəndaşlarına dərin təşəkkürümü bildirirəm. Bir çoxları fikir ayrılığını dilə gətirib, bu yaxınlarda Vaşinqtondan Rusiya barədə verilən açıqlamalara görə üzr istəyiblər”, - səfir bildirib.

Co Bayden bundan əvvəl “ABC News” telekanalına verdiyi müsahibəsində Putini “qatil” adlandırıb.


683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP