Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2021

İranın xarici işlər naziri Türkiyə...

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif türk həmkarı Mövlud Çavuşoğlu ilə İstanbulda aparılan danışıqları məhsuldar adlandırıb.

Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

“Dostum Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün gözəl İstanbula səmərəli səfər etdim. İkitərəfli və regional məsələlərdə konstruktiv qarşılıqlı əlaqələri müzakirə etdik”, - nazir bildirib.

Zərif 400 ildir bölgədə sülhə xidmət edən Türkiyə-İran təcrübəsinin olduğunu deyib.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif dünən Türkiyədə səfərdə olub.


696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP