Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2021

Supermarketdə atışma - 10 nəfər öldü

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində yerləşən supermarketdə baş verən atışma 10 nəfərin ölümü ilə nəticələnib.

Bu barədə Boulder şəhər polis idarəsi Tvitterdə açıqlama yayımlayıb.

Bundan əvvəl KİV-lər hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşı da daxil olmaqla ən azı altı nəfərin öldüyünü yazmışdı.

Qeyd edək ki, “King Soopers” supermarketinin yaxınlığında naməlum şəxs atəş açdıqdan sonra mağaza binasına daxil olaraq insanları güllələyib. Hadisəni törədən şəxs saxlanılıb.

Ağ Evin sözçüsü Cen Psaki, ABŞ prezidenti Co Baydenin hadisə ilə əlaqədar məlumatlandırıldığını söyləyib.


678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP