Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2021

Rusiya: Suriyada işğalçıların nəzarətində olan bölgələrdə humanitar vəziyyət ağırdır

Rusiya xarici işlər nazirinin müavini deyib: “Suriyada yalnız işğalçı ölkələr və onların nəzarətində olan bölgələrdə hamanitar vəziyyət ağırdır.”
“Rusiya əl-Yəvm”-in bildirdiyinə görə, Təhlükəsizlik Şurasının Suriyada humanitar vəziyyətin araşdırılması ilə bağlı keçirdiyi videokonfransda çıxış edən Sergey Verşinin vurğulayıb: “Suriya xalqının məişət durumunun ciddi ağır olmasının izlənilməsinin ötən ildən və qarşıdurmaların diqqəti çəkən səviyyədə azalmasından sonra başlaması çox acınacaqlıdır.”
Rusiyalı diplomat əlavə edib: “Ən ağır vəziyyət Dəməşqin nəzarətində olmayan bölgələrdə baş verir. Bu bölgələr şimal-qərb və şimal məntəqələridir. Buna görə işğalçı ölkələr və yerli orqanlar məsuliyyət daşıyır.”
S. Verşinin qeyd edib ki, Suriyanın qanuni hökumətinin nəzarətində olan bölgələrə humanitar yardımların göndərilməsində ayrıseçkiliyə yol verilir, üstəlik, ABŞ və Avropa ölkələri humanitar durumu nəzərə almadan Dəməşq əleyhinə sanksiyalar tətbiq etməklə, bu vəziyyəti daha da ağırlaşdırırlar.
Rusiya xarici işlər nazirinin müavini İdlib əyalətindəki vəziyyətlə bağlı deyib: “Humanitar yardımlar dinc əhaliyə çatmır və terrorçuların əlində qalır.”


619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP