Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2021

Fələstinin müqavimət cəbhəsi sionist rejimi hərbçilərini geri çəkilməyə məcbur etdi

Fələstin mənbələrinin verdiyi xəbərə görə, Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhənin hərbi qollarından olan “Milli Müqavimət Briqadaları” qrupu ilə sionist rejimi hərbçiləri arasında qarşıdurma yaranıb. Qəzzənin şərqində yerləşən Deyr əl-Bəlh bölgəsində baş verən bu qarşıdurma sionist rejimi qüvvələrinin öz texnika-maşınları ilə Deyr əl-Bəlhin şərq hissəsinə 60 metr daxil olduqdan sonra yaranıb.
“Elamul-hərbil-mərkəzi” informasiya mərkəzinin bildirdiyinə görə, fələstinli qüvvələrin müqavimətindən sonra sionist hərbçiləri geri çəkilməyə məcbur olub.
“Milli Müqavimət Briqadaları” qrupu qarşıdurma ilə bağlı yaydığı bəyanatda bildirib ki, sionistlərin geri çəkilməsindən sonra mücahidlər də öz qərargahlarına qayıdıblar. Müqavimət cəbhəsi bu əməliyyatın işğalçılar qarşısında müqavimət və Fələstin xalqının müdafiəsi uğrunda baş tutduğunu vurğulayıb.


627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP