Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2021

Təbrizin imam cüməsi Azərbaycan hökumətindən islamçı məhbusları azad etməyi istəyib

Təbrizin imam cüməsi Azərbaycan hökumətinə müraciət edərək deyib: 

“Qarabağın azad edilməsinin şükrü olaraq mübarək Ramazan ayı astanasında həbsdə olan ruhaniləri azad edin.”

Höccətül-islam vəl-müslimin Ali Haşim “Peyami-cume” televiziya verlişində dövlət ittihamçısının Azərbaycan İslam Partiyasının sədr əvəzi höccətül-islam İlham Əliyevə 18 il cəza istəməsinə toxunaraq Azərbaycanda islamçı məhbusların azad edilməsini istəyib.

Təbrizin sevimli imam cüməsi Seyid Məhəmmədəli Ali Haşim AİP sədr əvəzinə istənilən hökmə münasibət bildirərkən deyib: “Mən Azərbaycanın hörmətli səlahiyyətlilərindən istəyirəm ki, Qarabağda qazanılan qələbələrin və mübarək Ramazan ayı astanasında dayanmağımızın şükrü olaraq, inşallah həbs edilmiş ruhanilərin və İslam şüarlarına xatir həbs edilmiş məhbusların azad edilməsi üçün şərait yaratsınlar.”


683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP