Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2021

Sionist rejiminin Dimona atom stansiyasının yaxınlığı raketlə vuruldu

Sionist rejimi ordusu bu gün (cümə axşamı) Dimona atom stansiyasının yaxınlığına raket atılması və hava hücumundan müdafiə qurğularının raketi izləyə bilməməsini etiraf edib.
Sionist rejiminin müsəlmanlara və Suriya xalqına qarşı cinayətlərinə cavab olaraq Suriyadan atılmış raketlə bağlı açıqlama verən sionist rejimi ordusunun ərəb mətbuatı üzrə katibi Avixay Adrei öz Tvitter səhifəsində bildirib: “İsrail səmtinə atılmış yer-hava raketi hadisəsi üzrə ilkin təhqiqatlara görə, məlum olur ki, bu raket izlənməmişdir.”
Bu xəbərə əsasən, sionist rejimi ordusu hadisə barədə təhqiqatların davam etdiyini bildirib.
“Əl-Ərəbiyyə” telekanalı isə bildirib: “İsrail ordusu raketi izləmək üçün iki dəfə cəhd edib, lakin hər dəfə uğursuz əməl edib.”
“Sky News” telekanalı da xəbər verib ki, sionist rejiminin müharibə nazirliyi hava hücumundan müdafiə sisteminin Dimona nüvə reaktoru yaxınlığına atılmış raketini izləyə bilməməsinin səbəblərini araşdırır.


798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP