Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2021

Bəşər Əsəd ümumi amnistiya haqqında fərman imzaladı

Suriya prezidenti Bəşər Əsəd ölkədə ümumi amnistiya haqqında fərman imzalayıb.

Bu barədə Suriya dövlət başçısının dəftərxanası rəsmi Telegram-kanalında məlumat yayıb.

Fərmana əsasən, amnistiya ölkədə 2021–ci il mayın 2-dək törədilən cinayətlərə şamil edilir. Sənəd hüquqpozmalara, hərbi xidmətdən yayınmaya və digər cinayətlərə dair cəzadan tam azadetməni nəzərdə tutur.

Silah və partlayıcı maddə qaçaqmalçılığına, casusluğa və dövlətə xəyanətə görə mühakimə olunanlar amnistiyanın təsir dairəsinə düşmür.


549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP