Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2021

Sionist politoloq: “İsrail” daxili müharibə astanasındadır

Sionist təhlilçi və professor Aoner ben Zaken vurğulayıb ki, sionist rejimi tarixi böhranla üzləşib və yalnız seçki sistemini dəyişməklə onu həll etmək mümkündür.

“Maariv” qəzetində dərc edilən təhlildə Ben Zaken təkid edib ki, sionist rejimində baş verən böhranın səbəbi bu rejimin müxtəlif cinahlarının öz aralarında razılığa gələ bilməmələridir. Ona görə də hökumət qurumlarında sistem dəyişiklikləri baş tutmalıdır.

Politoloq daha sonra yazıb: “Son vaxtlar keçirilən dörd seçkidə iki mövzu özünü göstərdi: birincisi, sionist siyasətçilərdən heç biri seçki sisteminin yaramazlığından söz açmadı; ikincisi, iki ildən çoxdur ki, iki əsas fraksiya heç bir qalib olmadan rəqabətdədir.”

O, təhlilinin davamında yazıb: “İsrail tarixi böhran astanasındadır. Çünki (mövcud) siyasi sistem çıxış yolu təqdim etməyə qadir deyil, əksinə qəbilə və şəxsi siyasətlərə fokuslanıb.
Bu səbəbdən “İsrail”in son seçki təbliğatı cərəyanında dərin problem yarandı və korona böhranı ilə əl-ələ verərək bizi israillilər arasında daxili müharibəyə sürükləyir.”

Sionist rejiminin siyasi quruluşunun pis olduğunu bildirən Ben Zaken yeni siyasi sistemin yaranmasının zəruriliyini və bu məsələnin seçki yolu ilə mümkün olduğunu vurğulayıb.
Sionist təhlilçi sonda etiraf edib: “Son etirazlar sübut edir ki, “İsrail” xəstə bədəndə mühasirədədir və onun qurumları sistem dəyişikliyinə ehtiyaclıdır. Bəlkə də onun ən uyğun vaxtı indidir.”


506 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP