Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2021

Qüds könüllüləri və Qüds yolu

Nurəddin Şirin, Türkiyənin “Qüds” telekanalının direktoru

Şübhəsiz, İslam ümmətinin tam qurtuluş yolu Qüdsdən keçir. Qüds yolu təkcə Fələstin yolu deyil, ümmət və məzlumların yoludur. Bu yol elə bir yoldur ki, azadlıq baharı, bütün müsəlmanların və dünyanın hər yerində məzlumların azadlığı ilə sonlanır. Bu yol elə bir yoldur ki, zülm və imperializmin məğlub olacağı, bütün zəncirlərin qırılacağı ilə bitir. Bu yol şərəf və izzətə doğru gedən yoldur və vədlərə əsasən, bütün dünyanı işıqlandıracaq.

Ümumdünya Qüds Gününün əsasını qoymuş, bu yolu bütün İslam aləminin və dünya azadlıqsevərlərinin üzünə açmış İmam Xomeyni (r) demişdir: “Qüds Günü təkcə Fələstinə aid deyil, eyni zamanda ümumdünya bir gündür, müqavimət və məzlumların imperializm qarşısında mübarizəyə qalxdığı gündür.”
İmam Xomeyni bu sözü ilə əslində elan edir ki, Qüds Günü İslam ümmətinin və dünyanın bütün məzlum xalqlarının qurtuluşunun kompasıdır.

Sözsüz ki, İmam Xomeyninin Qüds Günü olaraq Ramazan ayının son cümə gününü seçməsinin bir sıra məna və hikmətləri vardır. Çünki bu günlər eyni zamanda həm də Qədr gecələrinə təsadüf edir. Qədr gecələri bizim müqəddəs kitabımız Quranın nazil olması kimi mənəvi dəyərindən əlavə, ümmətimizin də taleyinin təyin olduğu bir gecədir.

Qədr gecəsində həm əzəmət, həm də təqdir vardır
Qədr gecəsində həm əzəmət, həm də təqdir vardır. Qədr gecəsi ümmətin müqəddəratı təyin olur. Bu baxımdan ümmətimizin sağlamlığı üçün işıqlı gəlcək müjdəsi təqdir olunub.

Zülm, küfr, şirk və imansızlığın bütün dünyanı bürüdüyü bir vaxtda İmam Xomeyninin rəhbərliyi ilə baş tutmuş “Nur partlayışı” adlı böyük İslam İnqilabı dünyanın hər yerində müsəlman millətlərin oyanışına, müqavimət və qiyamına məşəl olmuşdur, onlar üçün şərq və qərb imperializmləri qarşısında Qurana, Məhəmmədin (s) sünnəsinə əsaslanan şərafətli həyat qapısı açmışdır.
Bu inqilab dünyanın bütün məzlumlarının qurtuluşuna ümid, azad və işıqlı gələcəyə zəmanət idi. İmam Xomeyni deyirdi ki, bu inqilab təkcə İran inqilabı deyildi, eyni zamanda “İslam inqilabı”, “məzlumların zorakılar qarşısında qələbəsi” idi.

Bu baxışdan inqilabın coğrafiya və sərhədləri müsəlmanların və məzlumların orada yaşadığı hər bir santmetrdir. Çünki bu inqilab Allahın yerində ümumdünya məqsədləri olan bir inqilabdır. Mütəal Allahın Qurani-kərimdə buyurduğu “aciz qalmışlara rəhbərlik vermək”, “Öz nurunu tamamlamaq”, “Öz dinini bütün dinlərdən üstün etmək” istəyi bu inqilabın əsas səbəbidir. Bu inqilab həmin məqsədlərin təkmilləşməsi üçün gerçəkləşib və Allaha həmd olsun ki, bu istiqamətdə izzətlə hərəkətdədir.
Elə bu səbəbdən də İslam İnqilabı təkcə İran və iranlılara aid deyil. Qüds Gününün təkcə fələstinlilərə və Qüdsə aid olmadığı kimi. Qüds Günü məna və qayə etibarı ilə bütün ümmət və bütün bəşəriyyətin imperializm və sionizm qarşısında beynəlxalq mübarizə təzahürüdür. Ortaq bir gündür.
Digər tərəfdən Qüds gününü tanımağın və dərk etməyin ən əsas açarı da sionizmi tanımaqdır. Sionizm təkcə Fələstin ərazilərini işğal etməyin adı deyil. Sionizm yalnız düşmənçilik edərək fələstinliləri öz yurdlarından çıxarmaq, onların torpaqlarını işğal etmək deyil. Sionizm ümumdünya fəsadlara, tüğyanlara və amansızlıqlara verilmiş addır, hətta onların özüdür, belə ki, bütün dünyaya kök atmışdır, budaqları hər tərəfə yayılmışdır.

Bütün dünyada sionizm mövcudluğuna və fasadına son qoymaq istədikdə şeytan mərkəzi ilə mübarizə mərhələsinə qədəm qoyacaqsınız. Çünki dünyanın hər harasında fəsad və pislik varsa, hər yerdə amansızlıq və ədalətsizlik varsa, hər yerdə qətl və qırğın baş verirsə, orada sionizmin birbaşa, yaxud dolayısı ilə əli vardır.

Bizim keçmiş baş nazirimiz mərhum professor-doktor Nəcməddin Ərbəkan sionizm əleyhinə mübarizəmizdə işıq saçan günəş, ali bir rəhbər və müəllim idi. O, zaman və məkan baxımından sionizmi mikrob adlandırırdı və deyirdi ki, müsəlmanların qarşısında dayanan ən böyük vəzifə bütün sahələrdə beynəlxalq sionizmlə mübarizə etməkdir.
Mərhum Ərbəkan sionizmi timsaha bənzədərək demişdir ki, bu timsahın alt çənəsi Amerika, yuxarı çənəsi Avropa Birliyi, quyruğu İsrail, bədəni də İslam ölkələrindəki muzdur rejimlərdir.
Göründüyü kimi onun müdrikcəsinə sionizmə verdiyi tərif dünyadakı bütün şər qüvvələrə, bütün mərkəzlərə, zülmkar rejimlərə aid olur.

Mütəal Allah Qurani-kərimdə yəhudiləri “insanlar arasında möminlərə qarşı ən şiddətli düşmən” adlandırır. Qurani-kərimdəki bu mövcud tərif əslində beynəlxalq sionizmi bizə göstərir. Beləliklə, sionizm təkcə yəhudilərin tüğyanına aid deyil, eyni zamanda bütün dünyada siyasi, etiqadi, hərbi, iqtisadi bazalara malik olub onları sionizmin hədəf və maraqları istiqamətində işə salan, sionizmin nəzarətinə verən yəhudi və qeyri-yəhudilərə şamil olur.
Bu aspektdən yanaşdıqda, Qüds Günü bütün sionizm bazalarını məhv etmək, onun qalalarını ələ keçirmək üçün lazım olan addımları atmağa hazırlıq məqsədilə təqdim edilmiş yol xəritəsi mənasınadır. Tam məsuliyyət və bilgi ilə.

Bu sahədə Qüds Qüvvələrinin komandanı kimi həmişə şəhid sərdar Qasim Süleymaninin xatırlayacağıq, Qüds Gününün yanında onu yada salacağıq. O, Qüds Qüvvələrinin komandiri olaraq imperializm və sioniszmin bütün planlarının puç edilməsi istiqamətində mübarizə təqdim etdi, bütün qələbə və müvəffəqiyyətlərdə Qüds Gününün adını yada saldı.
Qüds, şəhid sərkərdənin mübarizə proqramlarının mərkəzində dayanmışdı. Lakin bu mübarizələr təkcə Qüdslə məhdudlaşmırdı. Şəhid sərkərdə bölgədən sionist rejiminin kökünü kəsmək istiqamətindəki mübarizəsi ilə yanaşı, ümumdünya mübarizəyə rəhbərlik edirdi və İslam dünyasında imperializm nüfuzunun kökünü kəsməyə səy edirdi.

Əgər əvvələ qayıtsaq, mübarək Qədr gecələrində nazil olmuş Qurani-kərimin nazil olmasında məqsəd hər nədirsə, Qədr gecələri qərarlaşmış Ramazan ayının son cümə günündəki Qüds gününün də hədəfləri odur. Mütəal Allahın Qədr gecəsində bizim ümmətimiz üçün təqdir etdiyi hər bir müqəddərat, Qüds Gününün ümmətimiz üçün əhəmiyyət və dəyəri də odur.
Bizim daim təkid etdiyimiz Məhəmməd İslamı bizi Qüdsün ətrafında bir yerə toplayır, bizim yolumuzu Qüdslə cızır, hədəflərimizi Qüdslə təyin edir. Beləliklə, Qüds hər bir işdə dost və düşmənlərimizi bizə tanıdır, təfriqə pərdəsini yırtır, doğruçular və yalançılar, fasidlər, möminlər və münafiqlər arasında fasilələri artırır, onları bütün dünyaya göstərir.

Nəticədə, xülasə olaraq belə demək olar:
Qüds ümmət olmaq üçün iradə, ümmətə izzət və əzəmət vermək, onun bir yerə toplanması, müqəddəslərini və şərəfini müdafiə etmək simvoludur. Qüds ümmətin taleyini ələ alacaq oyanış simvoludur. Qüds bir müqavimətin məsuliyyət və bəsirət simvoludur.

Qüds bir fürqan olaraq həqiqət və batili, nur və zülməti, iman və nifaqı bir-birindən ayırır. Qüds bir müəllim olaraq dost və düşməni, mərd və namərdi, şücaətli və xaini tanıdır. Qüds bir çırağdır ki, bizə lazım olan mövqeyi, qoşulmalı olduğumuz cəbhəni, həyata keçirməli olduğumuz mübarizəni, getməli olduğumuz yolu bizə göstərir, bir mehrab olaraq nicat və qələbə, izzət və əzəmət sirrini öyrədir.
Qüds, dünya imperializmi və sionizminin İslam ümməti əleyhinə müharibədə müsəlmanların ön cəbhəsi və müasir bazası olduğu kimi həm də bütün müsəlmanların oyanış vasitəsidir.
Qüdsün yanında olmaq ümmətin yanında olmaq deməkdir. Qüdsün yanında olmaq ümmətin müqəddəsləri, izzət və şərəfi üçün fədakarlıq etmək mənasınadır. İslam ümmətinin Qüdsün azadlığı yolu ilə tam azadlığa nail olması, əslində ümumdünya haqq və ədalət quruluşunun təşkili günlərinin səhərlərinə oyanmaq deməkdir.
Qüdsün yanında olmaq o mübarək müqavimət karvanına qoşulmaq, o müqavimət cəbhəsinə ürək verməkdir ki, İslam torpaqlarında Amerika imperializmi və sionizminin varlığına son qoyur.
Qüds könüllüsü olaraq Qüdsün yanında olmaq, Qüds okeanına çevrilmək, bütün aləmdə dalğalanmaq deməkdir.


689 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP