Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2021

HƏMAS: Sionist düşmənin zəif nöqtələrini çox yaxşı tanıyırıq

Fələstinin Azadlığı Uğrunda İslami Cihad Hərəkatının (HƏMAS) mətbuat katibi Fozi Barhum fələstinlilərin öz hüquqları üzərində sazişə getmədiyini və bütün gücünü işə salaraq öz hüquqlarını bərpa edəcəyini deyib.
“Əl-Cəzirə” telekanalının verdiyi xəbərə görə, F. Barhum vurğulayıb: “Əgər Fələstin müqaviməti işğalçı sionist rejiminin Məscidül-Əqsaya təcavüzlərinə cavab verməsəydi, qəsəbə sionistləri ora hücum edirdi. Biz dəfələrlə bu məscidə qarşı hörmətsizliklərin şahidi olduq və artıq orada namaz qılmağa da icazə vermirdilər.”
Mətbuat katibi dünyanın gücdən başqa heç bir şeyə hörmətlə yanaşmadığını qeyd edərək deyib: “HƏMAS işğalçı rejimin zəif və sınacaq nöqtələrini çox yaxşı tanıyır, onunla necə qarşılaşmalı olduğunu bilir.”

F. Barhum açıqlamasının davamında deyib: “Fələstin müqavimətinin Təl-Əvivə raket zərbəsi öz növündə indiyədək vurulan zərbələrin ən ağırı idi və bu əməliyyat müqavimətin gücünü göstərir. Təl-Əviv indiyədək bu gücü görməmişdi.”

O, xəbərdarlıq edib ki, işğalçı rejim öz hücumlarını artıracağı surətdə Fələstin müqaviməti də cavabını şiddətləndirəcək.
HƏMAS sözçüsü daha sonra deyib: “Misir, BMT, Türkiyə və Qətər tərəfindən atəşkəs və anlaşma üçün həmişəki vasitəçilik təklifləri olub, lakin sionist rejiminin bu anlaşmalara əməl etməməsi üzündən sonda baş tutmayıb.”

Barhum sonda deyib: “Şəhər bombalanması qarşılığında şəhər bombalanması balansı qorunur və bu, sionist rejiminin özünü itirməsinə səbəb olub. Sionist rejimi çıxa bilməyəcəyi bir batlağa düşübdür.”


1997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP