Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2021

Azərbaycanda tələbə itkin düşdü

Şabran rayon sakini olan 20 yaşlı İlkin Hüseynov Bakıda itkin düşüb.

Bu barədə onun atası, Şabran rayon sakini Saleh Mirsəftər oğlu Hüseynov məlumat verib.

Onun sözlərinə görə, İ.Hüseynov Bakıdan Şabran rayonuna gəlmək adı ilə çıxsa da sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb.

"İlkin bu ilin mayın 11-də Bakıdan çıxarkən evlə danışıb. Deyib ki, "Şamaxinka"dan çıxıram. Saat 15:40-dan sonra isə onunla əlaqə itib. Oğlumun boyu təqribən 165 santimetrdir. Oğlum Bakıda son günlərdə restoranların birində ofisiant kimi işləyirdi".

S.Hüseynov oğlunun itkin düşməsi ilə bağlı Şabran Rayon Polis Şöbəsinə müraciət edib. O, oğlunu görənlərdən özünün 050 479 11 08 nömrəsinə və ya Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edib məlumat verməyi xahiş edib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü İ.Hüseynov Azərbaycan Texniki Universitetinin tələbəsidir./report/


1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP