Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2021

Sionist təhlilçi: Sionistlər Fələstin ərazisindən çıxmalıdır

“Haaretz” qəzetinin siyasi təhlilçisi və jurnalist Ari Şabit məqalə ilə çıxış edərək sionist rejimi ordusunun havadan müdafiə sisteminin Fələstin mübarizləri qarşısında yeni məğlubiyyətini etiraf edib və sionist rejiminin son nəfəslərini çəkdiyini qeyd edib.
O, “Haaretz” qəzetində dərc olunan məqaləsində təkid edib: “Biz tarixin ən pis və çətin dövründəyik. Belə görünür ki, fələstinlilərin hüquqlarına etiraf etməkdən və işğalçılığa son qoymağımızdan başqa çarəmiz yoxdur.”
A. Şabit daha sonra yazır: “Biz çıxış yolu görünməyən bir böhranla üzləşmişik. Mümkündür ki, İsrail daha işğalçılığı və qəsəbə salmaları dayandıra bilməsin, sülh yarada bilməsin, sinoizmi islah edə bilməsin, bu torpaqda yaşayanlar arasında ayrıseçkiliyi dayandıra bilməsin, lakin bu vəziyyətdə də yenə bu torpaqlarda yaşamaq üçün bizə yer yoxdur.”
Siyasi təhlilçi çıxış yolu təklif edərək yazır: “Mənim təklifim Ragel Alvarın iki il bundan əvvəl etdiyi təklifdir: Bu torpaqları (Fələstini) tərk edək.”
A. Şabit vurğulayıb ki, israilli və yəhudi olmaq iftixar ediləcək həyat amili sayılmırsa və bütün israillilərin cibində xarici pasport varsa, deməli əməli aspektdə deyil, hətta mənəvi cəhətdən də hər şey bizim üçün sona çatmışdır. Ona görə də öz dostlarımızla vidalaşaraq yaşamaq üçün San-Fransisko, Berlin, yaxud Parisə köçməliyik.
Siyasi təhlilçi məqaləsinin digər hissəsində yazır: “Mən barmağımı Netanyahu, Liberman və digərlərinin gözünə soxuram ki, onlar daha sioniszm barədə sarsaqlamalarından əl çəksinlər və onlara deyirəm: Tramp, Kuşner, Bayden, Barak Obama və Hillari Klinton bu işi dayandıra biləcək kəslər deyidir. Hətta BMT və Avropa Birliyi də qəsəbə salmaları dayandırmağa qadir deyil. Lakin etiraf etmək lazımdır ki, fələstinlilər bu torpaqda qədim kökə malikdirlər. Ona görə də yaşamaq üçün üçüncü yol ardınca olmalıyıq.”
Qeyd edək ki, sonist rejiminin bir çox təhlilçiləri və elmi akademiyaları bu rejimin çox zəiflədiyini və dağılmaqda olduğunu vurğulayır, hətta sionist başçıları və sərvətlilərinin yaşamaq üçün Pataqoniyanı (Cənubi Amerikada) seçdiklərini, orada torpaq alaraq özləri üçün villa və malikanə saldıqlarını bildirirlər.


1200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP