Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2021

Sionist rejiminin Dəmir günbəzinin aşsüzən çıxmasının səbəbi

Fələstin müqavimət qüvvələrinin sionist rejiminin vəhşi hücumlarına cavab olaraq onu raket atəşinə tutması davam edir.
Sionist rejiminin maliyyə qurumunun bildirdiyinə görə, bir neçə gün ərzində müqavimət qüvvələrinin bu rejimə vurduğu ziyan 2014-cü ildə 51 günlük müharibənin vurduğu ziyanın yarısı qədərdir. 2014-cü ildə Təl-Əvivə təqribən 4 milyard dollar ziyan dəymişdi.
Bəs görəsən, sionist rejiminin öyündüyü, öz nüfuzu altında olan zəif ölkələrə satmaq üçün təbliğ etdiyi “Dəmir günbəz” adlı hava hücumundan müdafiə sistemi nə üçün aşsüzən kimi gələn raketləri şəhərə buraxır?
Rusiyalı tanınmış ekspert Viktor Barants bu haqda jurnalistlərə açıqlama verərək Dəmir günbəzin zəif nöqtələrini izah edib və sionist rejiminin bu müdafiə sisteminə çox güvəndiyini vurğulayıb.
“Sputnik”-in verdiyi xəbərə görə, rusiyalı ekspert deyib: “Dəmir günbəzin imkanları məhduddur. Çünki o müəyyən saylı raketlər üçün hazırlanıb. Məsələn, eyni zamanda 100 hədəflə mübarizə edə bilər, amma “İsrailə” tərəf tuşlanan raketlərin sayı 125 olsa, necə?”
Ekspert bildirib ki, Dəmir günbəzin təmirə ehtiyacı vardır, lakin bu iş çox vaxt tələb edir. Raketləri atanlar da bu mövzudan faydalanırlar.


1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP