Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2021

Hacı Abgül Süleymanovdan Fələstin-İsrail savaşına münasibət

Bismillahil Qasimil Cəbbarin

Mütəal Allah öz kitabında buyurur :

"Zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz". ("Hud" surəsi, ayə 113)

Bildiyiniz kimi bu günlərdə işğalçı İsrail rejimi Fələstində uşaqlı-qadınlı günahsız insanları bombalayır və bütün dünya da buna tamaşa edir. Azərbaycan ictimaiyyətində də sanki Qarabağ savaşında Fələstin Ermənistana dəstək veribmiş kimi təəsürat yaradılır və pulunu verib aldığımız silahlara görə bir İsrail propaqandası aparılır. Çox qəribədir: zülmə, işğala məruz qalan azərbaycanlılar, zülm edən, işğalçı İsraili dəstəkləyir. Bu gün telekanallarımızda İsrailin bombardmanında dünyasını dəyişən insanlar haqqında sanki terroristlərmiş kimi "zərərsizləşdirildi" deyilir. Halbuki onlar zülmün əli ilə şəhid olan məsum insanlardır. Bu xəbərlər nədən irəli gəlir? Bu gün kanallarımızda olan reklamların əksəriyyəti İsrail şirkətlərinin məhsullarınındır. Təbii ki, o reklamlardan gələn gəlirə görə belə deyəcəklər.

Biz hər gün dəfələrlə Allahdan bizi nemət verilən şəxslərin yoluna hidayət etməsini diləyirik. Allahın kitabı olan Qurana nəzər etdiyimiz zaman Hz. Musanın (ə) özünü Allahın tərəfindən nemət verilən şəxs kimi təqdim etməsinin şahidi oluruq. Quran Musa peyğəmbərin bu barədə olan sözü bu cür qeyd olunur:

"(Musa) dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” ("Qəsəs" surəsi, ayə 17)

Hz. Musa ona nemət verildiyi üçün günahkarlara arxa olmayacağını vurğulayır. Odur ki, bizim də İlahi rəhmətə tuş gələrək, nemət verilən şəxslərdən olmağımız üçün ilk lazım olan şərt günahkar və zalımlara arxa olmamaqdır. Biz Allaha görə Hz. İbrahim (ə) kimi oda daxil ola bilmiriksə, o həzrət kimi övladımızdan keçə bilmiriksə ən azı zalımlara dəstək olmaqdan çəkinək və onların inkişafına səbəb olan məhsulları almaqdan imtina edək. Çünki aldığımız hər bir məhsul müsəlman xalqlarına qarşı istifadə olunan mərmilərə bərabərdir. Sizi İsrailə dəstək verən şirkətləri baykot etməyə və məhsullarını almamağa dəvət edirəm! Ümid edirəm ki, bu yolla zəmanə İmamının qəlbinə sevinc bəxş etmiş olarıq.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkətuh

"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri
Hacı Abgül Süleymanov
20.05.2021


1145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP