Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2021

Liberman sionist rejiminin məğlubiyyətini etiraf etdi

“Əl-Cəzirə” telekanalının bildirdiyinə görə, sionist rejiminin sabiq müharibə naziri və “Bizim ev-İsrail” partiyasının sədri Aviqdor Liberman son döyüşlərdə Fələstin müqavimətinin qalib olduğunu və sionist rejiminin Qəzzəyə hücumlarında öz məqsədinə çatmadığını ilk dəfə olaraq etiraf edib.
Liberman deyib ki, “İsrail”in məğlubiyyəti onun ərəb dünyası qarşısında özünü nümayiş etdirmək düşüncəsinə mənfi təsir qoyub.

Sabiq müharibə naziri sionist rejiminin Qəzzəyə 11 günlük təcavüzündən sonra atəşkəs yaranmasını sərt tənqid edib, sionist siyasətçilərin bu atəşkəsi utancverici adlandırdığını vurğulayaraq, işğalçı rejimin Fələstin müqaviməti qarşısında məğlub olduğunu etiraf edib.
Bizim ev-İsrail partiyasının sədri sionist rejimi və fələstinlilər arasında atəşkəsin elan olunmasından sonra öz Tvitter səhifəsində yazıb: “HƏMAS bir neçə il sonra yenidən od ələyəcək və biz digər bir əməliyyata məruz qalacağıq.”

Liberman bir neçə gün əvvəl də sionist rejiminin baş naziri Benyamin Netanyahuya qarşı sərt açıqlama vermişdi və bu rejimin Qəzzəyə hücumunun nəticələrini tənqid edərək, bu müharibədə “İsrail”in məğlub olduğunu demişdi.

O, 12-ci kanala verdiyi müsahibədə demişdi: “Mən buradayam ki, mühüm bir mövzu barədə danışım. O da İsrailin təhlükəsizliyidir. Bütün bu əməliyyatlar qeyri-zəruri idi və sonda HƏMAS qalib oldu. HƏMAS İsraildə yeni daxili cəbhə yarada bildi və Fələstində ictimai rəyi ələ aldı.
Biz nə etmişik? Biz inkişaf etmiş bir dövləti (sionist rejimi) iflic etmişik. Soruşmaq istəyirəm ki, ərəb dünyasında bizim simamız necə olacaq?”

Liberman bunu da etiraf edib ki, əgər İsrailin vəziyyəti HƏMAS qarşısında belədirsə, onda İran və Hizbullah qarşısında necə olacaq?


982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP