Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2021

42 yaşlı hərbçimiz qəfil vəfat etdi

Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərdə iştirak edən baş gizir Elman Ağamoğlan oğlu Ağayev qəfildən dünyasını dəyişib.

O, döyüşdə yaralanandan sonra müalicə alıb.

Baş gizir səhhəti normallaşandan sonra xidmətini davam etdirib.

Biləsuvar rayonuna ailəsinə baş çəkməyə gələn hərbçi bu gün evində qəfildən ürəktutmadan vəfat edib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü baş gizir E.Ağayev Silahlı Qüvvələrimizdə 22 il xidmət edib. O, Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. Vətən muharibəsində yaralanan hərbçimiz "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdu.

Ailəli idi, 3 övladı var.


1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP