Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2021

Sirr

İmam Kazimin (ə) müasiri olmuş xəlifələrdən biri də Harun ər-Rəşiddir. Harun zülmkar və rəhimsiz bir adam idi. Onun Əli ibn Yəqtin adlı bir vəziri var idi. Əli ibn Yəqtin şiə və İmam Kazimin (ə) ardıcıllarından idi.

Bir gün Əli ibn Yəqtinin İmam Kazimlə (ə) çox mühüm bir işi var idi. Ancaq xəlifənin onun İmamla (ə) əlaqəsindən xəbər tutmasını istəmirdi. Ona görə də dostlarından iki nəfəri çağırıb onlara dedi: - Sürətli gedən iki dəvəyə minib, elə bu gün özünüzü Mədinəyə çatdırın. Mədinədə Musa ibn Cəfər Sadiqin (ə) evinə gedin, bu məktubları ona verin və cavabını alıb gətirin. Ancaq ehtiyatlı olun ki, xəlifənin casusları sizi görməsin və sizin getməyinizdən xəbərləri olmasın. Yol boyu heç kimlə danışmayın və sirrinizi açmayın.

O iki nəfər sürətli gedən dəvəyə minərək Mədinəyə tərəf yola düşdülər. Heç kim onları görməsin deyə gecə yol getdilər. Bağdaddan Mədinəyə gedən yolda Kufəyə çatdılar. Kufədən çox uzaqlaşmamışdılar ki, birdən iki atlı göründü. Atlılar onlara tərəf gəlirdi. Əli ibn Yəqtinin adamları çox qorxdular və gələnlərin xəlifənin casusları olduğunu güman etdilər. Qaçmaq üçün yol axtarırdılar. Bu vaxt gələn atlılar onlara çatdılar. Atlılardan birinin başında yaşıl əmmamə var idi. Onun siması çox nurani idi və hörmətli şəxsə oxşayırdı. O atından yerə endi və salam verdi. Vəzirin adamları çox qorxmuşdu və titrək səslə onun salamını aldılar.
O dedi: “Mən Musa ibn Cəfərəm. Əli ibn Yəqtinin məktubunu mənə verin.”

Əli ibn Yəqtinin elçiləri məktubu həzrətə verdilər. İmam (ə) geyiminin altından bir neçə məktub çıxararaq onlara verdi və buyurdu: “Bunlar Əlinin məktublarının cavabıdır. Məktubları ona çatdırın.”
İmam (ə) bunu deyib geri qayıtdı. Əli ibn Yəqtinin adamları heyrət içərisində Bağdada qayıdırdılar. Onlardan biri öz yoldaşına dedi: - Gördün, Musa ibn Cəfər (ə) hələ məktubu oxumamış onun cavabını vermişdi. Yoldaşı dedi: - Hələ Kufəyə gəlməyini de! O, bizim Mədinəyə tərəf gəlməyimizi haradan bilirdi? Biz bu barədə heç kəslə danışmamışdıq.

Bəli, doğrudan da Allah imaməti və xalqa rəhbərliyi kimə tapşırmağı, keçmiş və gələcəkdən xəbərdar olmaq üçün Öz elmini kimə verdiyini yaxşı bilir!


465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
24.05.21, 22:33
Sirr
Go to TOP