Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2021

Səfər azuqəsi

İmam Səccadın (ə) dostlarından biri deyir: Soyuq və qaranlıq qış gecələrinin birində gördüm ki, həzrət Zeynül-Abidin (ə) çiyninə bir qədər odun götürüb yavaş-yavaş harasa gedir. Öz qulamımla irəli gedib, salam verdim və soruşdum:
- Ey Peyğəmbərin övladı! Bu ağır yüklə hara gedirsiniz?
İmam (ə) buyurdu: - Səfərə gedirəm. Səfər azuqəsi hazırlamışam ki, onu bir yerə çatdırmalıyam.
- İcazə verin, bu yükü qulamım sizin üçün aparsın.
- Xeyr.
- Onda icazə verin, mən onu aparım.
- Mənim qurtuluşuma səbəb olacaq və səfərimi asanlaşdıracaq bir zəhməti başqasına tapşıra bilmərəm.
İmamdan (ə) ayrılıb getdim. Bir neçə gündən sonra yenə həzrəti gördüm.
Dedim: - Bəs, siz səfərə getməmişdinizmi?
Buyurdu: - O səfər, sənin güman etdiyin (dünya üçün) səfər deyildi. Mənim məqsədim axirət səfəri idi.
İmam Səccad (ə) belə səfərlərdə ehtiyaclılara lazım olan un, yemək, geyim, odun və digər vəsaitlər aparır, bu səfəri özü üçün axirət səfəri hesab edirdi.


1054 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP