Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2021

“Putinə bu haqda danışmaq gülüncdür” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ və Rusiya liderləri Co Bayden və Vladimir Putini ölkəsindəki vəziyyəti müzakirə etmək üçün Minskə dəvət edib.

Bu barədə “BelTA” məlumat yayıb.
Lukaşenko qeyd edib ki, iyunun 16-da Cenevrədə Putin və Bayden arasında görüş keçiriləcək və bu görüşdə Ukrayna və Belarus məsələləri müzakirə edilə bilər. Lukaşenko vəziyyətə nəzarət edə bilməyən ABŞ prezidentindən narahat olduğunu deyib.

Belarus lideri əlavə edib ki, iki ölkənin liderləri Minskdə görüşə bilərlər:

“Mən onları açıq şəkildə dəvət etmək istəyirəm: Belarusun problemlərini müzakirə etmək istəsələr, bizə gəlsinlər. Hər ikisini nəzakətlə qarşılayacağam, bütün problemləri müzakirə edəcəyik”.
Lukaşenko bildirib ki, İsveçrədə oturub Putinə Belarusun problemlərini öyrətmək gülüncdür.


1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP