Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2021

Amerikalılar bu ölkədə səhvən fabrikə hücum etdi

Bolqarıstanda keçirilən NATO təlimi zamanı amerikalı hərbçilər səhvən günəbaxan yağı istehsal edən fabrikə basqın təşkil edib.

Bu barədə yerli media məlumat yayıb.

Belə ki, Çeşniqirovo aviabazası yaxınlığında baş tutan "Swift Response" təlimləri zamanı 7 amerikalı əsgər fabrikə soxulub və işçilərə silah tuşlayıblar.

Hərbçilər işçilərə yerə uzanaraq hərəkətsiz vəziyyətdə qalmağı əmr ediblər.

Sonradan məsələ ilə bağlı açıqlama verən fabrik sahibi Marin Dimitrov Müdafiə Nazirliyinə şikayət ünvanladığını və sözügedən olayla bağlı hələ ki, rəsmi açıqlama almadığını söyləyib:

“Təhqir edildik. Ölümlə təhdid etdilər. Bizə cinayətkar və terrorçu münasibəti göstərdilər. Hüquqi yolla haqlarımızı sona qədər tələb edəcəyəm”.


1088 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP