Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2021

HƏMAS sionist rejiminə xəbərdarlıq etdi

HƏMAS sionist rejiminə Şeyx Cərrah məhəlləsində baş verənlərlə bağlı xəbərdarlıq edib.

“Əl-Əhd” qəzetinin yazdığına görə, HƏMAS-ın yüksək səviyyəli üzvü Məhəmməd Hamadah işğal edilmiş Qüdsdə yerləşən Şeyx Cərrah məhəlləsində baş verən son hadisələrə münasibət bildirib.

M. Hamadah deyib: “Biz sionist işğalçılarına Şeyx Cərrahda fələstinlilərə qarşı etdikləri təcavüzlərinə görə xəbərdarlıq edirik. Sionist rejimi hərbçiləri və qəsəbə yəhudiləri Şeyx Cərraha hücum edə bilməzlər.”

Müqavimət təşkilatının üzvü daha sonra deyib: “Sionist yəhudilər bu rejim hərbçilərinin yaşıl işığı ilə Şeyx Cərrah sakinlərinə hücum edirlər. Bu hərəkətlər davam edəcəyi surətdə yeni intifada baş verəcək.”

Qeyd edək ki, dünən axşam sionistlərin Şeyx Cərrah sakinlərinə xain hücumu nəticəsində 20 fələstinli ağır yaralanıb. Müqavimət qrupları sionist rejiminə ciddi xəbərdarlıq ediblər.


687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP