Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyul 2021

Moskvada miqrantlar arasında kütləvi dava

Rusiyanın paytaxtı Moskva şəhərində, “Kuzminki” metrostansiyası yaxınlığında miqrantlar arasında kütləvi dava baş verib.

Davada 150-yə yaxın adam iştirak edib.

Dava iştirakçıları Qırğızıstan və Tacikistandan gəlmiş miqrantlar olub. Tərəflər bir-birinə soyuq silahlarla hücum ediblər.

Hadisə nəticəsində xəsarət alan bir neçə nəfər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Moskva polisi dava ilə bağlı 15 nəfəri saxlayıb. Münaqişənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hazırda insidentlə bağlı araşdırma başlayıb.


1276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP