Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2021

İmam Hüseynin (ə) Mədinədən Məkkəyə hicrət etməsi

Yezid hakimiyyətinin başlanması

Xilafəti təzə əlinə keçirmiş Yezidin ilk işi atasının zamanında onunla beyət etməyənlərdən beyət almağa cəhdi oldu. O, Mədinənin valisi Vəlid ibn Ütbəyə məktub yazır: “Hüseyn ibn Əli və Abdullah ibn Zübeyri çağıraraq mənim xilafətim üçün beyət istə. Beyət etməkdən boyun qaçırsalar, onlardan zorla beyət al”.
Vəlid İmam Hüseyni (ə) evinə dəvət etdi. İmam öz yaxın adamları ilə onun evinə getdi. Vəlidin evinə çatdıqda onlara dedi: “Mən içəri girirəm. Əgər şübhəli səs eşitsəniz, evə daxil olun. Əks halda, heç bir hərəkət etməyin”. Vəlid Yezidin məktubunu İmama (ə) oxudu. İmam (ə) buyurdu: “Sən mənim gizli beyətimlə qane olmazsan və camaatın bunu görməsi üçün aşkar beyət almaq istəyərsən. Səhərə kimi mənə möhlət ver, bu barədə fikirləşim”. Vəlid təklifi qəbul etdi. Mərvan ona dedi: “Əgər gecənin bu saatında Hüseyndən beyət ala biməsən, artıq qan tökülmədikcə ondan beyət ala bilməyəcəksən. Buna görə də beyət etmədikcə onun buradan getməsinə icazə vermə”. Bu zaman mübahisə qızışır.

İmam Hüseynin (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyəti

İmam (ə) kağız-qələm götürür və yazır: “...Mən nə şöhrət üçün, nə fəsad törətmək üçün, nə də zülm etmək üçün qiyam edirəm. Mənim qiyamım cəddimin ümmətinin vəziyyətini islah etmək üçündür. Qiyam edirəm ki, yaxşılığa çağırım, pis işlərdən çəkindirim, babam Məhəmmədin (s) və atam Əlinin (ə) sünnəsinə əməl edim.
Mənim haqlı olduğumu qəbul edən bilsin ki, Allah haqqın mənbəyidir və onun mükafatını verəcəkdir. Dəvətimi qəbul etməyənlərə qarşı dözümlüyəm. Allah mənimlə onlar arasında ədalətlə hökm etsin. Çünki Allah ən yaxşı hakimdir.
Qardaşım! Mənim sənə vəsiyyətim budur”.
İmam məktubu bağlayır və möhürləyərək qardaşı Məhəmməd Hənəfiyyəyə verir.

İmamın (ə) Mədinədən çıxması

İmam Hüseyn (ə) gecəni Mədinədə öz evində qalır. Vəlid ibn Ütbə isə Abdullah ibn Zübeyrdən beyət almağa çalışır.
Abdullah beyət etmir və gecə ikən Mədinədən çıxır. Səhər vaxtı Vəlid 80 nəfər atlını onu axtarmağa göndərir, ancaq tapa bilmirlər. Vəlid Yezidə beyət almaq üçün adamlarından bir neçəsini də İmam Hüseynin (ə) evinə göndərir.
İmam onlara buyurur: “Möhlət verin səhər olsun, görüm nə edirəm”.
Vəlidin adamları geri qayıdırlar.
Getmək vaxtı çatmışdı. Artıq Mədinədə qalmaq olmazdı. İmam Məhəmməd Hənəfiyyə kimi bir sıra adamlarını çıxmaqla bütün ailəsi ilə birlikdə Məkkəyə doğru hərəkət edir.

İmamın (ə) Məkkəyə çatması

Hüseyn (ə) uzaqdan Məkkənin dağlarını görəndə bu ayəni oxuyur: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”
İmam Məkkəyə daxil oldu. Digər şəhərlərdən gəlmiş ümrə ziyarətçiləri o həzrəti qarşılmağa gəldilər.
Bu səmimi qarşılama Abdullah ibn Zübeyri narahat edir. Müaviyənin ölümündən sonra gizli şəkildə Məkkəyə gəlmiş ibn Zübeyr Məkkə əhalisindən özü üçün beyət almaq niyyətində idi, ancaq fikrini Hüseynə (ə) demirdi.
O, İmamın (ə) namazında iştirak edir, yanında oturur, sözlərinə qulaq asır, hətta ona Məkkədə qalmağı tövsiyə edərək deyir: “Əgər Məkkədə qalsan, səni müsəlmanların xəlifəsi bilib beyət edəcəyəm”. Lakin Hüseyn (ə) ona buyurur: “Mənə görə Məkkəyə hörmətsizlik olunmasını istəmirəm. Məkkədən bir qarış da olsa qıraqda ölməyə hazıram, ancaq Məkkənin hörməti qorunsun”.


914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP