Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2021

Rusiyada yoxa çıxan təyyarə tapıldı

Rusiyanın Tomsk vilayətində yoxa çıxan və içində 19 nəfərin olduğu AN-28 tipli təyyarə uzun müddət davam edən axtarışlardan sonra tapılıb.

Bu barədə yerli mətbuat xəbər verib.

Məlumata görə, Kedroviy şəhərindən Tomska uçan təyyarə Bakçar bölgəsində həyəcanlı vəziyyətlə bağlı siqnal verib və radarlardan itib.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin sərt eniş etdiyini açıqlayıb.

Təyyarədə 2-si uşaq olmaqla 15 sərnişin və 4 nəfərlik heyət olub.

Səlahiyyətli şəxslərin verdiyi məlumata görə, qəza nəicəsində heç kim həyatını itirməyib. Amma ağır yaralananlar olub.

Sərnişinlər helikopterlər vasitəsilə ərazidən çıxarılıblar.

Qəzanın təyyarənin matorundakı xətadan baş verdiyi ehtimal edilir.

Rusiya İstintaq Komitəsi qəza ilə əlaqədar istintaq başladıb.


886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP