Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2021

100 min fələstinli Məscidül-Əqsada namaz qıldı və müqavimətə dəstək verdi - Foto

Bu gün 100 min fələstinli qəsbkar sionist rejiminin sərt təhlükəsizlik tədbirlərini yararaq özünü Məscidül-Əqsaya çatdırıb və bu müqəddəs məkanda Qurban bayramı namazı qılıb.
“Əl-Ərəbi əl-cədid” xəbər agentliyinin bildirdiyinə görə, Məscidül-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Səbri bayram namazının xütbələrində bu günlərdə Məscidül-Əqsanın şiddətli təhlükələrlə üzləşməsi barədə xəbərdarlıq edib.
Xətib əlavə edib: “İslam ölkələri Məscidül-Əqsa və Qüdsə dəstək vermək barədəki vəzifələrinə əməl etsinlər. Çünki Məscidül-Əqsa bir əmanətdir və bu müqəddəs məkanlar qarşısında səhlənkarlıq göstərənlər Allaha cavab verməli olacaqlar.”
Bayram namazından sonra minlərlə fələstinli HƏMAS-ın hərbi qolu Əl-Qəssam Briqadaları və onun baş komandanı Məhəmməd Zeyfə dəstək şüarları səsləndiriblər.


2611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
26.08.21, 09:23
Əsirlər karvanı Şamda
Go to TOP