Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2021

Bir neçə fiqhi məsələ

Namaz əsnasında möhürün əldən çıxması
Sual: Əgər namaz əsnasında möhür hansısa bir şəkildə əldən çıxarsa, məsələn, uşaq möhürü götürüb qaçarsa, namaz qılan şəxsin vəzifəsi nədir?

Ayətullah Xamenei
Cavab: Əgər üzərinə səcdə etdiyi şey namaz əsnasında insanın əlindən çıxarsa və əlinin altında “üzərinə səcdə etməyin düzgün olduğu” başqa bir şey olmazsa, namaz vaxtı geniş olduğu təqdirdə, namazı kəsməlidir. Namaz vaxtı dar olduğu təqdirdə isə, əgər paltarı kətan və ya pambıq paltar olarsa, həmin paltarın üzərinə səcdə etməlidir. Ehtiyata görə, pambıq və kətan paltarın üzərinə səcdə etmək mümkün olduğu halda başqa bir şeyin üzərinə səcdə edilməməlidir. Əgər əynində belə bir paltar yoxdursa, ehtiyat-vacibə görə, öz əlinin üstünə səcdə etməlidir.

Maddi ziyan vuran şəxs ziyanı ödəməkdə xəcalət çəkdiyi halda onu ödəməyin yolu
Sual: Mən əvvəllər bir şəxsə maddi ziyan vurmuşam. İndi isə həmin şəxsin yanına gedib, ziyanı ödəməyə xəcalət çəkirəm. O pulu həmin şəxsin tərəfindən fəqirə sədəqə verə bilərəmmi?

Ayətullah Xamenei
Cavab: O pulu sədəqə vermək kifayət etmir və ziyanın məbləğini həmin şəxsin özünə verməlisiniz. Bu işi onun xəbərdar olmayacağı bir şəkildə edə bilərsiniz, məsələn, bir şəxsin vasitəçiliyi ilə pulu ona çatdıra və ya onun bank hesabına, kartına köçürə bilərsiniz.

Şüşə üzərinə səcdə
Sual: Şüşə üzərinə səcdə etmək olarmı?

Ayətullah Sadiq Ruhani
Cavab: İcazəli deyil.

Xüms-zəkatını ödəməyən adamla şərikçilik
Sual: Şəri ödənclərini (xüms və zəkat kimi) vermədiyini bildiyimiz, yaxud ehtimal verdiyimiz şəxslərlə şərikçilik etmək olarmı?

Ayətullah Zəncani
Cavab: Şəri ödəncləri ödəmədiyini ehtimal verdiyiniz şəxslərlə şərik olmağın iradı yoxdur. Habelə, əgər ehtimal versəniz ki, şirkətin malına xüms gəlməyib, şərikliyin düzgünlüyünə hökm olunur.
Ancaq şirkətin malının özünə xüms gəldiyinə əmin olsanız, şirkətin malında təsərrüf edə bilməzsiniz.


2575 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP