Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2021

Əsirlər karvanı Şamda

Karvan Şama yaxınlaşdı. Yezid hamını şəhərin meydanına topladı. Əsirlər şəhərin meydanına daxil oldu. Oraya toplaşanlar Yezidi qələbə münasibətilə təbrik etdilər.
Bura Əməvilərin paytaxtı Dəməşq, yəni Şam şəhəridir. Əsirlər Şama çatanda gündüz idi və onların hamısının üzü açıq idi. Hüseynin (ə) başı onların arasında nizədə idi. Əsirlərdən başa baxıb ağlayan hər kəsi qamçı ilə vururdular. Cəfakar şamlılar Peyğəmbər (s) övladlarına tamaşa etmək üçün meydana toplaşmışdı və onlara hörmətsizlik edirdilər. Saraya çatanda Yezidin göstərişi ilə Hüseynin (ə) mübarək başını məsciddən asdılar. İmamın (ə) başı üç gün orada qaldı.

İmam Zeynülabidinin (ə) şamlı qoca ilə söhbəti
Kərbəla əsirləri İmam Əli ibn Hüseynlə (ə) Şamda bir məscidin pilləsində oturmuşdular. Oradan bir qoca kişi ötürdü. Qoca gəlib onların qarşısında dayanaraq dedi: “Allaha şükür olsun ki, sizi öldürdü, kişilərinizin ölümü ilə bütün şəhərlərdə əmin-amanlıq yaratdı.” İmam (ə) onun nalayiq sözləri qurtarana qədər sakit qalıb gözlədi. Sonra ona buyurdu:
- Ey qoca! De görüm Quran oxuyubsanmı?
Qoca dedi: -Bəli.
İmam buyurdu: - Onda bu ayələri də oxumusan: “(Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm”. Digər ayədə buyurur: “Qohum-əqrəbaya da haqqını ver”. Digər ayədə buyurur: “Həqiqətən, Allah-Taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırmaq və sizi pak-pakizə etmək istəyir”.
Qoca kişi dərhal dedi: - Bəli, bu ayələri oxumuşam. Həzrət ona baxdı və bir az sükut etdikdən sonra buyurdu: - (Ayələrdə gələn) Əhli-beyt bizik və bu ayə yalnız bizə aiddir.
Qoca kişi dediklərinə peşman olaraq ağladı, başını göyə qaldırıb dedi: - İlahi, mən Ali-Məhəmmədin (s) düşmənlərindən sənə şikayət edirəm.

Yezidin İmam Zeynülabidinlə (ə) söhbəti
İmam Səccadı (ə) və başqa əsirləri İmam Hüseynin (ə) kəsilmiş başı ilə birlikdə Yezidin sarayına gətirdilər. Həzrətin boynuna zəncir taxmışdılar. Yezid, İmama (ə) dedi: - Həmd olsun atanı öldürən Allaha. İmam (ə) buyurdu: - Allahın lənəti olsun atamı öldürənlərə!
İmamın (ə) sözündən qəzəblənən Yezid onu öldürməyi əmr etdi. İmam (ə) buyurdu: - Əgər məni öldürsən, Peyğəmbərin (s) qızlarını evlərinə kim çatdıracaq? Onlara məndən başqa məhrəm adam yoxdur.
İmamın (ə) qətiyyətli sözlərindən duruxan Yezid dedi: - Sən onları evlərinə çatdıracaqsan.
Sonra Yezid bu ayəni oxudu: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız (əməllərin) ucbatındandır!”. Sonra həzrətin əllərini açdırdı. İmam Zeynülabidin (ə) onun cavabında buyurdu: - Düşündüyün kimi deyil. Oxuduğun ayə bizim haqqımızda nazil olmayıb. Bizim haqqımızda nazil olan budur ki, “insanları yaratmazdan qabaq səma kitabında yazılmışlardan başqa müsibət görməzsiniz. Əlinizdən çıxana təssüflənməyin, əlinizə keçənə sevinməyin”. Bu ayə bizə aiddir.

Əsir karvanında qadınların vəziyyəti
Dəməşqdə olduqları müddətdə əsirlər karvanının qadınlarının işi ağlamaq və Hüseynə (ə) matəm saxlamaq oldu. Övladları şəhid olmuş analar fəryad edirdilər. Əsirlər saxlanan yer nə onları istidən qoruyurdu, nə də soyudan. Onların bədənlərinin dəriləri qopur və çirkləyirdi. Artıq dözmək çətinləşmiş, qəm onlara daimi yoldaş olmuşdu.


1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP