Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2021

Təyyarədən düşən əfqanın atası: “Onu ağcaqanad kimi öldürdülər”

Avqustun 16-da Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədən qaçmaq istəyərkən təyyarədən yıxılıb ölən Fəda Məhəmməd olub.

Fəda Məhəmməd Əfqanıstanda diş həkimi işləyirmiş.

Avqustun 15-də Taliban Kabili mühasirəyə alanda Fəda Məhəmməd ailəsinə “Facebook”da gördüklərini danışıb. Hadisədən bir gün əvvəl Fəda atasına zəng edərək Kanada və ABŞ-ın Kabil hava limanını tərk etmək istəyən hər kəsi təyyarələrlə təxliyə etdiyini deyib. Qəzetin yazdığına görə, atasını necə təxliyə edəcəyini düşünəndə bu vəziyyətin çətinliyi üzündən çox uzağa getməmək qərarına gəlir. Hadisə günü klinikaya yollanmaq üçün səhər saat 08:30-da evdən çıxır.

Fəda Məhəmməd atası ilə görüşdükdən bir neçə saat sonra ümid bağladığı təyyarədən yıxılaraq faciəvi şəkildə ölür. Onun cəsədi hava limanına yaxın bir evin damında tapılır.

Onun atası üsyanını belə ifadə edib: “Əgər biri təyyarənin xaricindən yapışırsa, pilotun uçmaq haqqı varmı? Pilotun etdikləri insanlıqdan uzaqdır. Onu ağcaqanad kimi öldürdülər, insan olduğunu belə düşünmədilər".


893 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP