Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2021

Sionist analtik: İsrail İranın mühasirəsinə düşüb

Sionist hərbi analtik bildirib ki, İran müxtəlif ölkələr vasitəsilə İordaniyadan Aralıq dənizinə kimi bizi mühasirəyə alıb.

Sionist rejiminin təqaüddə olan zabiti və analtik Ehud Yari “N12” saytında dərc etdiyi məqalədə yazıb: “İran yavaş-yavaş Suriyanın Qolan bölgəsində İsraillə sərhəddə yerləşməkdədir. Suriyanın Qolan bölgəsində və cənubda Huran bölgəsində, İordaniyanın şimalında Suriya ordusu, Livan Hizbullahı və İranın dəstəyində olan digər silahlı qruplar yerləşib. Onlar Rusiyanın siyasi dəstəyi ilə Dəra şəhərini mühasirəyə alıblar. Dəra silahlı qiyamçıların toplaşdığı sonuncu səngərdir. Dəranın süqutu zamandan asılıdır və bu süqut mütləq baş tutacaq.

İordaniya kralı Abdullah incə bir balans yaratmağa çalışır. Ona görə də İran və Hizbullahı Qolan bölgəsindən uzaq saxlamaq məqsədilə Bəşar Əsədlə münasibətlərini yenidən qurmağa, digər ərəb ölkələrinin köməyi ilə Suriyanın Qolan bölgəsində nəzarət kəsb etməyə hazır olduğunu elan etmişdir.
Huran bölgəsində Suriya ordusunun yerləşməsi də İran və Hizbullahın nəzarəti altındadır. Hal-hazırda İsrail çox çətin vəziyyətlə üzləşib. Çünki bir tərəfdən Suriya ordusu ilə müharibə edərək Rusiyanı narahat etmək istəmir, digər tərəfdən də qiyamçı silahlılar üzərində qumara girmək istəmir.
Ona görə də ən ehtimal olunan variant odur ki, İsrail özünü hazırkı şəraitlə və İran tərəfdarı olan qruplaşmaların bu bölgədə yerləşməsi ilə uyğunlaşdırsın. Bu şərtlə ki, İran həmin bölgədə raket yerləşdirməsin.

Lakin bu variantın mənfi cəhəti odur ki, İran Suriyanın Qolan bölgəsində yerləşməklə İsrail üzərində mühasirəsini Livandan Suriyaya qədər genişləndirir. Rusiya, yaxud Bəşar Əsədin də bunun qarşısını alacağına dair əlamətlər görünmür. Bunun mənası, İranın nəzarəti altında olan bölgənin yaranmasıdır və bu bölgə İordaniya sərhədindən Aralıq dənizinə qədər uzanır.”
Analtik əlavə edib ki, Qolan yüksəkliklərində İranın İsrail üzərində mühasirəsi artıq təkmilləşmək üzrədir.


1232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP