Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2021

Bəhreyn əhalisi sionist rejimlə münasibətlərin normallaşmasına etiraz etdi

Bəhreyn əhalisi hökumətin sionist rejimlə münasibətləri normallaşdırmasına, işğal edilmiş Fələstin ərazilərində səfir təyin etməsinə qarşı çıxıb və növbəti dəfə etiraz aksiyası keçirib.
Bəhreynlilər paytaxtın qərb bölgəsində aksiyaya toplaşıb və Fələstin xalqı ilə həmrəylik nümayiş etdirərək, Fələstin bayraqları qaldırıblar.

Aksiya iştirakçıları təkid ediblər ki, Fələstinə, bu ölkənin xalqına və müqəddəslərə sadiq qalacaqlar, qaniçən və uşaq qatili olan sionist rejimlə münasibətləri normallaşdırmaqla barışmayacaqlar.
Bəhreynin tanınmış şəxsiyyətləri və ictimai fəalları da Ali-Xəlifə rejiminin işğal edilmiş Fələstin ərazilərində ilk səfirinin işə başlamasını tənqid ediblər.

“Əl-Vifaq” Partiyası hökumətin işğalçı sionist rejimində səfir təyin etməsinə münasibət bildirərək deyib: “Bəhreyn səfiri Xalid Yusif Cəlahimə yalnız özünün nümayəndəsidir və heç kim onu ora göndərməyib.”
Duheymi əlavə edib: “Cəlahiməyə deyirəm ki, sən təkcə öz nümayəndənsən və Bəhreynin nümayəndəsi deyilsən. Bəhreyn xalqı Cəlahimədən bizardır və heç vaxt onu rəsmi olaraq tanımayacaq. Bəhreyn həmişə Fələstinin yanında olacaq. Sionist rejimi ilə münasibətləri normallaşdırmaq xəyanət və rüsvaylıqdır.”

Bəhreyn xalqı uşaq qatili və qəsbkar sionist rejimi ilə əlaqələrin qurulmasına qarşıdır. Bu əlaqələri Fələstin xalqının haqqının tapdalanması və müsəlman ərazilərinin işğal edilməsinə göz yummaq sayırlar. Ona görə də hökumətin şiddətli təhlükəsizlik tədbirlərinə baxmayaraq, artıq neçənci dəfədəir ki, bu əlaqələrə qarşı etiraz aksiyasına qalxırlar.


1788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP