Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2021

ABŞ ordusunun İraqdan çıxmasının son tarixi açıqlanıb

İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığının sözçüsü ABŞ əsgərlərinin bu ölkədə mövcudluğunun son tarixini açıqlayıb. Təhsin əl-Xəfəci deyib: "İraq-ABŞ birgə komitəsi iki ölkə arasındakı strateji dialoqun ardınca ABŞ qoşunlarının İraqda olmasının son tarixi kimi, 2022-ci il yanvarın 31 tarixini açıqlanıb".

İraq ordusunun sözçüsünün sözlərinə əsasən, əldə edilən razılaşmanın bir hissəsi olaraq, çox sayda ABŞ əsgəri İraqdan çıxmağa başlayıb. Əl-Xəfəci qeyd edir ki, hazırda İraq ordusunun nəzarəti altında olan Əynul Əsəd bazasının kiçik hissəsi və Əl-Həriri bazası istisna olmaqla, amerikalıların İraqda heç bir qarnizonu və hərbi bazası yoxdur. İraqın baş naziri Mustafa Əl-Kazimi ABŞ-a etdiyi son səfəri və Co Baydenlə görüşü zamanı, 2021-ci il dekabrın 31-ə qədər ABŞ qoşunlarının İraqdan tamamilə çıxarılmasını vurğulayıb./deyerler/


2175 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP