Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2021

Amerika qüvvələrinin İraqdan təxliyəsi başlayıb

“Əl-Ərəbiyyə” telekanalının verdiyi xəbərə görə, Amerika bu gündən başlayaraq İraqdakı hərbi bazalarında yerləşən qüvvələrini çıxarmağa başlayıb.
Amerika qüvvələrinin təxliyəsi İraqın müştərək əməliyyatının komandir müavini Əbdüləmir Şimrinin amerikalı həmkarı ilə görüşündən sonra baş tutub. Tərəflər görüşdə Eynül-Əsəddə və Ərbildə yerləşən qüvvələrin sentyabrın sonuna kimi azaldılması istiqamətində danışıqlar aparılmış və razılığa gəlmişdilər.
Qeyd edək ki, Bağdad və Vaşinqton amerikalı qüvvələrin İraq ərazisindən çıxarılması ilə bağlı strateji danışıqların üçüncü mərhələsində 31 dekabr 2021-ci ilədək bu qüvvələrin İraqdan çıxarılması barədə razılığa gəliblər.
Bundan əvvəl də İraq Parlamenti xarici qüvvələrin İraqdan çıxarılması barədə qanun qəbul edib və onu icra etməyi hökumətə tapşırıb.


1962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP