Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2021

Yəmən ordusu Hərib şəhərini Ərəbistanın işğalından azad etdi

Yəmən mənbələrinin verdiyi xəbərlərə görə, ordu və xalq müqaviməti komitələri bu gün (çərşənbə) Məaribin cənubunda Hərib şəhərini Ərəbistan koalisiyasının işğalından azad edib.
İstefa verərək Ərəbistana qaçmış sabiq prezident Mənsur Hadiyə yaxın “Əl-Məşhədul-Yəməni” informasiya mərkəzi bildirib ki, ağır döyüşlərdən sonra Səna ordusu Hərib şəhərini ələ keçirdi.
Mənbə vurğulayıb ki, Hərib şərərinin süqut etməsi Məaribin mərkəzi üçün çox təhlükəlidir.
Bu xəbərin yayılmasından sonra “Əl-Cəzirə” telekanalı məlumatı təsdiqləyib.
Yəmən qaynaqları ötən gün də Yəmən ordusu və xalq müqavimət komitələrinin Şəbvədə (Məaribin cənubunda) Beycan və Eyn şəhərlərini işğaldan azad etdiyini bildirdilər.
Yəmən ordusu və xalq müqavimət komitələri ötən həftə Məaribdə Rəhəbə, Mahliyə şəhərlərini də düşmən işğalından azad edib.


2071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP