Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Sentyabr 2021

Rusiya qırıcıları Türkiyəyə bağlı terrorçuların mövqelərini bombaladı

Suriyanın hərbi mənbələri Hələbin şimalında Türkiyə dəstəkli terrorçuların mövqelərinin bombalandığını xəbər veriblər.
“Əl-Məyadin”-in yazdığına görə, Türkiyəyə bağlı terrorçuların mövqeləri Hələbin şimalında Afrin şəhəri ətrafında vurulub.
“Suriya Post” saytı yazıb ki, Rusiya qırıcıları bu terrorçuların mövqelərini Afrinin Basufan kəndi yaxınlığında bombalayıb. Lakin itkilər barədə hələ məlumat yayılmayıb.
Suriya müxalifətinə aid medialar Rusiya qırıcılarının terrorçuların mövqelərini Afrindən əlavə, İdlibin şimalında Kətibə yüksəkliklərində və cənubunda Eyn Şeyb və Rəvihə bölgələrində də bombaladığını bildiriblər.
Mərkəzi Londonda yerləşən və Suriyada yerləşən terrorçulara yaxın “İnsan hüquqları mərkəzi” isə yazıb: “Cari ildə rus qırıcılarının hava hücumları artıb və indiyədək 186 hava hücumu baş tutub. Onlardan 140-ı İdlib, 25-i Laziqiyyə, 2-si Homada və 19-u Hələbdə həyata keçirilib.”
Türkiyəyə bağlı terrorulara qarşı hava hücumu Suriya Vətən Ordusu (sabiq Azad Suriya Ordusu) terror qrupunun Suğanke kəndində Suriya ordusu mövqelərinə hücum etməsindən sonra baş tutub. Terrorçularla döyüşdə Suriya ordusunun 4 əsgəri yaralanıb. Terror qrupu itki verərək geri çəkilməyə məcbur olub və bu vaxt minaya düşüb. Hadisədə bir neçə terrorçu ölüb və yaralanıb.


2221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP