Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2021

Sionist vəhşiləri 7 fələstinlini şəhid etdi

Fələstinin “Risaləh” xəbər agentliyinin verdiyi məlumata görə, işğal edilmiş Qüdsün şimal-qərbində Beyt Ənan şəhərində sionist rejimi qüvvələrinin açdığı atəş nəticəsində 2 fələstinli şəhid olub.

“Qüds” saytı da bu gün (bazar) səhər saatlarında fələstinli cavanlarla sionist rejimi qüvvələri arasında silahlı toqquşmanın baş verdiyini xəbər verib.

Bu xəbərə əsasən, sionist qüvvələr şəhərdən qıraqda bir daxmanı mühasirəyə alıblar və bundan sonra atışma və partlayış səsləri eşidilib. Sayt bu qarşıdurmada iki fələstinlinin ağır yaralandığını, lakin onların şəhid olmadıqlarını bildirib.

Sionist rejimi ordusunun sözçüsü bu əməliyyatda ən azı 4 fələstinlinin həlak olduğunu iddia edib. O, bu hadisənin ardınca Qəzzə zolağından sionistlərin işğal etdiyi ərazilərə raket atıla biləcəyini qeyd edib.

“Ərəb-48” saytı İordan Vadisinin bir neçə bölgəsində toqquşmanın baş verdiyini və azından 4 fələstinlinin şəhid olduğunu vurğulayıb. Saytın bildirdiyinə görə, bu toqquşma HƏMAS-a bağlı fəalların sionist hərbçiləri tərəfindən geniş həbs edilməsindən sonra baş verib. Toqquşmalar əsasən, Kəfərdan, Yabud, Bərqin, Əlyamun və Cenin kəndlərində baş tutub və silahlı fələstinlilər sionist hərbçilərinin açdığı atəşə cavab veriblər.
Fələstin Səhiyyə Nazirliyi yaralılardan Üsamə Yasir Səbəhin şəhid olduğunu bildirib.

Sionist medialar bu toqquşmalarda ən azı 2 sionist hərbçinin yaralandığını və onların vəziyyətinin ağır olduğunu xəbər veriblər.


2151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP