Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2021

Foreign Policy: Ərdoğanın xəstəliyi ona ölkəni idarə etməyə imkan vermir

Ərdoğanın xəstəliyi elə həddədir ki, 2023-cü ildə keçiriləcək seçkilərdə iştirak etməyəcəyi ehtimal edilir.
Bu iddia ilə nüfuzlu “Foreign Policy” jurnalı çıxış edib.
Xəstəliyi ona ölkəni idarə etməyi imkan vermədiyini yazan jurnal əlavə edib ki, bir sıra fakt və sübutlara əsasən, Ərdoğanın xəstəliyi şiddətlənməkdədir və bu mövzu Türkiyənin siyasi gələcəyi üçün xoş xəbər sayılmır.

“Foreign Policy” Ərdoğanın yaxın gələcəkdə ölkəni və lideri olduğu partiyanı idarə etməyə gücü çatmayacağını, partiyanın idarəçiliyinin onun varislərinə tapşırılacağını qeyd edib.
Jurnal onun ən önəmli varisləri sırasında Hülusi Akar, Hakan Fidan və Süleyman Soylunun adlarını çəkib, ancaq Akarın daha şanslı olduğunu vurğulayıb.
Jurnalın gəldiyi qənaətə görə, Ərdoğanın əsas rəqibləri Əkrəm İmamoğlu, Mənsur Yavaş və Maral Akşanerdir, ancaq İmamoğlu daha güclü rəqib sayılır.

“Foreign Policy”-in bildirib ki, 2019-cu ildən ekspertlər, jurnalistlər və Türkiyədə sorğu işləri ilə məşğul olanlar 2023-cü ildə bu ölkədə keçiriləcək referenduma göz dikiblər. Bunun səbəblərindən biri də budur ki, 2019-cu il yerli seçkilərdə İstanbul da daxil olmaqla ölkənin ən sıx cəmiyyəti məskunlaşmış bölgələrdə hakim AKP-nin bələdiyyəyə namizədləri təhqiramiz şəkildə məğlub oldular.
Təhlildə əlavə edilir: “Ola bilsin ki, Ərdoğan hətta 2023-cü il seçkilərindən də tez zəifləyə bilər. Bu, cəmiyyətin çoxunun fikirləşdiyinə görə deyil, eyni zamanda onun xəstəliyinin şiddətlənməsinə dair əlamətlərin mövcudluğuna görədir.”

Jurnal həmçinin yazıb: “Son aylarda yayımlanan görüntülərdə Türkiyə prezidentinin sağlamlıq vəziyyətinin yaxşı olmadığı görünür. Görüntülərin hamısı aydın olmasa da, ümumi şəkildə götürdükdə Ərdoğanın sağlamlığı barədə suallar ortaya çıxır. Məslən bəzi videolarda pilləkanı çıxmaq üçün xanımının yaxud köməkçisinin yardımına ehtiyacı olduğu görünür. Bir başqa videoda yol gedərkən anıtqəbirdə Türkiyənin təsisçisi Mustafa Kamal Atatürkün qəbrinin yanında yol gedərkən özünü çəkməsi və yol getməkdə problemlə üzləşməsi diqqəti çəkir. İyul ayı çoxlarının diqqətini çəkmiş ayrı bir görüntüdə isə AKP üzvlərini televiziya vasitəsilə təbrik edərkən Ərdoğanın halsız olduğu və qırıq-qırıq danışdığı hiss olunur.”

Bu görüntü onun barəsində altsheymer xəstəliyinə (demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik), tənəffüs çatışmamazlığı və qusma probleminə düçar olması və qəlbin döyünməsini tənzimləyən aparata ehtiyac olması kimi şayiələrin yayılmasına səbəb olmudşur.
Türkiyə prezidenti həkimə müracət etməyi artırmış, mətbuat konfranslarını isə azaltmışdır.


1464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP