Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2021

Sionist tədqiqatçı: Qarşıdakı müharibədə 250 min raketlə İsraili məhv edəcəklər

Sionist tədqiqatçı və tarixçi Yossi Helivi “Maariv”-də dərc etdiyi məqalədə yazıb: “İsrail rejimi müharibələrinin “düşmən cəbhəsində” baş tutacağı əvvəlki balans artıq dəyişmişdir və kəşfiyyat məlumatlarına əsasən, növbəti müharibə rejimin mərkəzində baş verəcək.”

Y. Helivi əlavə edib: “Sionist rejimin daxili təhlükəsizlik hesablamalarının çoxu göstərir ki, Quş-Dandan tutmuş Eylata qədər dağıdıcı bir müharibə hər yeri bürüyəcək, İsrail rejiminin hər tərəfinə minlərlə raket atılacaq, bundan əlavə, sionist sərhəd qəsəbələrinə qurudan hücumlar olacaq.

Təhlükəsizlik nəticələrinə əsasən, İran və Fələstin qruplarının komandanlığı altında 250 min müxtəlif tipli raket sionist rejimini hədəfə alıb və hər gün şəhərlərə, qəsəbələrə, hərbi hava limanlarına, limanlara, marşrutlara, uzaqdan idarəetmə sistemlərinə, ordu bazalarına və ordu silah anbarlarına 3000 raket atılacaq.
Tədqiqatçı qeyd edib ki, bu qaçılmaz və tam miqyaslı bir müharibədir, ancaq vaxtı dəqiq deyil və bu savaşın İsrail dövlətinin məhvi ilə nəticələnəcəyi də aydındır; son on ildə İraq, Suriya, Livan, Liviyada baş verən dağıntılar kimi.

Bundan əvvəl Livan telekanalı da bildirmişdi ki, işğal edilmiş Fələstində hesablamalara görə, Hizbullah işğal edilmiş Fələstin ərazilərinə hər an raket ata bilər və hal-hazırda Hizbullahın ixtiyarında 140 min raket vardır və hər döyüş günündə təqribən 3000 raket atmaq gücünə malikdir.


838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP