Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2021

Qətər: İran regionun əsas oyunçusudur

“Əl-Cəzirə” telekanalının verdiyi xəbərə görə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali Sani açıqlamasında İranın nüvə proqramı və Əfqanıstanda son vəziyyət haqda danışıb.
Xarici işlər naziri deyib: “İran bizim qonşumuzdur və ona qonşu ölkə kimi yanaşırıq. İran regionun əsas oyunçudur. Ona görə də Fars Körfəzi Əməkdaşlıq Şurası İranın daxili işlərinə müdaxilə etməkdən çəkinməli və bu ölkə ilə münasibət qurmalıdır.”
Məhəmməd bin Əbdürrəhman qeyd edib ki, İranla nüvə sazişinin əvvəlki vəziyyətə qayıtması bizim xeyrimizədir və beləliklə, bölgədə nüvə rəqabətinin qarşısı alınar.
O, ölkəsinin İran və Ərəbistan arasında konstruktiv müzakirələrini dəstəklədiyini bildirib.
Xarici işlər naziri Əfqanıstanda iqtisadi vəziyyətin böhranlı olduğunu vurğulayıb və beynəlxalq ictimaiyyəti bu ölkəyə kömək etməyə çağırıb.


1882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP