Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2021

“Ərdoğan istefa” Türkiyədə trendə çevrildi

Ərdoğanın yürütdüyü səhv daxili və xarici siyasətə etirazlar davam edir.
Bu gün Tvitter istifadəçiləri “ErdoğanİSTİFA” həştəqini trendə çevirməklə onun istefasını tələb ediblər.
Ondan yuxarı trendə çevrilmiş həştəqlər “ölkə iflasa uğrayır”, “dollar 10 lirə” “bazar ertəsi” (lirənin dəhşətli səviyyədə dəyər itirməsinə işarədir) olub.
Ərdoğanın istefası tələbi ölkədə narazılıqların genişlənməsi və iqtisadi problemlərin dəhşətli vəziyyətə düşməsindən sonra baş verib.
Bu ilin əvvəlindən inflyasiyanın artması və lirənin 24 faiz dəyər itirməsi ilə ölkədə iqtisadi vəziyyət acınacaqlı vəziyyətə düşüb. Ərdoğanın bir neçə Qərb ölkəsininin səfirini qovacağı ilə həmin ölkələri təhdid etməsi, iqtisadi resursları həddən artıq zəif olan Türkiyədə iqtisadi böhranı bir az da ağırlaşdırıb və 1 dollar 10 lirəyə qalxıb.


1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP