Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2021

Suriyada Türkiyənin işğalçılığına qarşı xalq etirazları atrıb - Foto

Hələb əhalisi Türkiyənin işğalçılığına qarşı etiraz aksiyası keçirərək Suriyanı Türkiyənin işğalından azad edəcəyini təkid edib.

“Sputnik”-in verdiyi xəbərə görə, Hələbin Deyr-Cəmal sakinləri Türkiyənin işğalçılığına qarşı aksiya keçiriblər və bu ölkəyə bağlı terrorçuların ölkənin sərvətini qarət etməsinə etiraz ediblər.
“Sputnik” bildirib ki, Deyr-Cəmal əhalisi Türkiyənin ardıcıl təhdidlərindən yorulublar və bu ölkənin Suriyanın şimal bölgələrinə hücum etmək istəməsini bərk pisləyiblər.
Aksiya iştirakçıları Suriya əhalisinin birliyini və düşmən qarşısında müqavimət göstərəcəyini vurğulayıblar.

Türkiyənin məqsədinin qarət, ərazi işğalı, Suriyanın sərvətinin talan etməsi, bu ölkə əhalisinin canı və iqtisadiyyatı ilə oynamaq olduğunu bildirən kütlə, Suriya torpaqlarının son qarışına qədər işğaldan azad edəcəyini, Türkiyənin Suriya əhalisini qarət etməsinə və onları köçkün salmasına “yox” deyəcəyini qeyd edib.

Aksiya iştirakçıları Türkiyə əleyhinə şüarlar səsləndiriblər, Surya bayrağını və bu ölkə Prezidenti Bəşar Əsədin şəkillərini qaldırıblar.
Onlar işğalçı Türkiyə ordusunun dərhal Suriya ərazisini tərk etməsini tələb ediblər.




1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP