Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2021

Türkiyə Liviyaya göndərdiyi terrorçuları Suriyaya qaytarır

Türkiyə öz dəstəyində olan terrorçuların Liviyaya ezamını iki həftə dayandırdıqdan sonra onların Liviyaya göndərilməsi yenidən başlayıb.
Suriya müxalifətinə aid, mərkəzi Londonda yerləşən insan haqları mərkəzinin bildirdiyinə görə, Ankara 150 terrorçunu Liviyadan Suriyaya qaytarıb və onların çoxu Salman şah və Feyləq əl-Məcd terror qruplarının üzvləridir.
Müxalifətə aid mərkəz əlavə edib ki, digər 150 terrorçu Türkiyə ərazisindən Liviyaya ezam edilib və bu məsələ muzdur mübadiləsi prosesinin yenidən başlaması istiqamətində həyata keçirilir.
İnsan haqları mərkəzi 22 oktyabrda bildirmişdi ki, Suriyadan Liviyaya və əks istiqamətdə terrorçu köçürülməsi dayandırılıb və yüzlərlər terrorçu Suriyaya qayıtmağını, yüzlərlə terrorçu isə Liviyaya ezam edilməyini gözləyir.
Qeyd edək ki, beynəlxalq ictimaiyyət bütün xarici qüvvələrin Liviyadan çıxmasını tələb edir.
Türkiyə ordusu isə bir neçə gün əvvəl Ankaraya bağlı olan terrorçuların dəstəyi ilə Suriyanın Təl-Rəfət şəhərinə hücum edəcəyini iddia edib.


1166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP