Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2021

Sionist təhlilçi ABŞ və İsrailin İran PUA-larından qorxduğunu etiraf etdi

Sionist təhlilçi Yoni bin Mənahim yazıb: “İran PUA-ları Yaxın Şərqdə çox təhlükəli bir silaha çevriliblər.”
Bin Mənahim iddia edib ki, İran İraq və Suriyanı, habelə Livan Hizbullahını, Fələstində HƏMAS-ı və İslami Cihad Hərəkatını bu dronlarla təchizatlandırıb.
Bu dronlar Amerika və İsrailin həmişəki narahatlıq mənbəyidir, İran üçün çox təhlükəli və təsirli bir silaha çevrilib.
Sionist təhlilçi əlavə edib: “Bu dronlar Qərbi Asiyada hava döyüşlərinin mahiyyətini dəyişəcək, İranın və onun müttəfiqlərinin İsrailə qarşı gələcək hərbi döyüşlərində ciddi rol oynayacaq.”
O vurğulayıb ki, Amerikanın sabiq prezidenti D. Tramp İran PUA-larının təhlükəsi yollarının araşdırılması üçün ABŞ-İsrail işçi qrupu yaratmışdır və bu qrup Co Baydenin dövründə də öz işini davam etdirəcək.
Son vaxtlar sionist KİV-lərində yayılan məlumatlara görə, bu rejim İran dronlarından qorxduğu üçün işğal edilmiş Fələstinin şimal ərazilərində öz müdafiə və radar sistemlərinin layihələrini gücləndirmək niyyətindədir.
“Times İsrail” Agentliyi də məlumatlı mənbəyə istinadla bildirib ki, İsrail rejiminin ordusu son illərdə Yaxın Şərqə axmış İran istehsalı olan PUA-ların təhdidinin artmasına diqqət etməklə, havadan müdafiə sistemlərini gücləndirir.


1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP