Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2021

Qüdrətli İslam Ordusu növbəti dəfə ABŞ-ın burnunu əzdi - VİDEO

İran İslam İnqilabı keşikçilər Korpusu (SEPAH) neft oğurlamaq istəyən ABŞ-ın burnuna möhkəm zərbə endirib! SEPAH-ın qüdrəti sayəsində Oman körfəzində neft oğurlamaq istəyən oğru ABŞ nakam qalıb!

İşğalçı ABŞ ordusu, Oman körfəzində, içərisində İranın ixrac etdiyi neft olan bir neft tankerini həbs edib və onun içərisindəki nefti oğurlayaraq digər bir neft tankerinə yükləyib. Daha sonra isə içərisində İrana məxsus neft olan tankeri naməlum istiqamətə aparıb.

İranın SEPAH qüvvələrinin xüsusi təyinatlıları sözü gedən tankeri müəyyən edərək, helikopter vasitəsilə onun göyərtəsinə enib və içərisində İrana məxsus neft olan tankeri ələ keçirərək İran sularına tərəf istiqamətləndirib.

Bundan sonra ABŞ ordusu helikopterlər və döyüş gəmiləri vasitəsilə İranın ələ keçirdiyi tankeri təqib ediblər və onu ələ keçirməyə çalışıblar. Amma SEPAH-ın qeyrətli və şücaətli xüsusi təyinatlılarının sərt reaksiyası ilə üzləşən ABŞ geri çəkilməyə məcbur olub.

Amma ABŞ bununla kifayətlənməyib və köməyə digər döyüş gəmilərini də çağırıb neft tankerini ələ keçirməyə səy edib. Lakin SEPAH cəngəvarlərinin sərt reaksiyası ilə üzləşərək geri çəkilməyə məcbur olublar. Hazırda sözü gedən tanker İran sularındadır və heç bir dünya gücü İran sularına daxil olmaq iqtidarında deyil!




1206 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP