Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2021

Ərdoğan “öldü” yazanlara cinayət işi açılıb - Video

Ərdoğan barədə yayılan son videodan sonra vəziyyətinin ağır olduğunu görənlər arasında onun ölməsi ilə bağlı şayiələr yayılıb. AKP rəsmiləri tərəfindən sızılması deyilən bu xəbərin ictimaiyyət arasında yayılmasından sonra Twitterdə Ərdoğanın barəsində “öldü” həştəqi yayılıb və ölkədə tufan qoparıb. Türkiyənin Təhlükəsizlik Baş İdarəsi bununla bağlı 30 nəfər sosial şəbəkə istifadəçisini müəyyən edərək onların barəsində cinayət işi açıb və onları həbs cəzası gözlədiyi bildirilir.

Berlində yaşayan türkiyəli jurnalist Ark Acarer 2 noyabrda Ərdoğanın Qlazqo iclasında iştirak etməməsinin səbəbini izah edərək yazıb: “Bu xəbərin İngiltərə hökumətinin Ərdoğanın mərasim protokollarını qəbul etməməsi ilə heç bir əlaqəsi yoxdur və Ərdoğan səhhətindəki ciddi problemlərə görə Türkiyəyə qayıdıb.”

Həmçinin 3 noyabr AKP-nin hakimiyyətə gəlməsinin ildönümü günü olduğundan Ərdoğan və onun partiyası üçün çox önəmli idi və normal vəziyyətdə Ərdoğan partiya üzvləri ilə görüşdə iştirak etməli idi, lakin AKP Mərkəzi Qərar Şurasının bu həftəki toplantısı da ləğv olundu. Ərdoğan 19 ildir ki, hər il bu günü qeyd edir. Bəzi qeyri-rəsmi xəbərlərdə müxtəlif əyalətlərdən partiya liderlərinin dərhal Ankaraya çağırıldığı iddia edilir.

Xalq Cümhuriyyət Partiyasının (CHP) təmsilçisi Aykot Ərdoğdu da bu haqda yazıb: “Ərdoğanın səhhətinin pisləşməsi xəbəri WhatsApp qruplarında böyük səs-küyə səbəb olub. Bütün siyasi həyatım Ərdoğanla mübarizə aparmaqla keçib.
Ərdoğan tərəfindən açıılan dosyelərdə onlarla dəfə haqsızlığın qurbanı olmuşam. Tək arzum budur ki, Ərdoğan növbəti seçkilərdə sağ-salamat iştirak edib uduzsun, günahlarına görə ictimaiyyət qarşısında cavab versin.”

Qeyd edək ki, hal-hazırda Ərdoğan barədə “öldü” həştəqi birinci yerdədir və onun bəzi tənqidçiləri bu münasibətlə şirniyyat paylayaraq sevinclərini ifadə edirlər.
Türkiyə prezidentinin müşaviri İsmayıl Cəsur Twitter hesabında bu xəbərə reaksiya verərək yazıb: “Bu cəmiyyətdən bir qrupu özlərindən xəbər düzəldərək, ona sevinirlər.”
Ərdoğanın səhhəti ilə bağlı 29 oktyabrda yayılmış yeni video onun yol yeriməsini göstərir. Belə ki, Ərdoğan Respublika Günü münasibətilə qonaqlarıın təbrikini qəbul etdikdən sonra prezident sarayında Türkiyə bayraqları qarşısında görünür. Mərasimin sona çatdığı elan edildikdən sonra Ərdoğan salondan çıxmaq üçün dönür və çox çətinliklə addımlayır və əlləri hərəkətsiz qalır. Bunu görən köməkçilər tələsik onun qarşısındakı maneələri götürür ki, yol açılsın.
Sosial şəbəkə istifadəçilərindən bəziləri qeyd ediblər ki, Ərdoğan tarazlığı qorumağa kömək edən xüsusi dizaynlı ayaqqabılar geyinir və adətən, yaşlılar bu ayaqqabılardan istifadə edir. Bu ayaqqabıların qiyməti təxminən 9000 avrodur.



Bir müddət əvvəl “Foreign Policy” jurnalı da Ərdoğanın vəziyyətinin ağır olduğunu bildirərək yazmışdı: “Son aylarda yayımlanan görüntülərdə Türkiyə prezidentinin sağlamlıq vəziyyətinin yaxşı olmadığı görünür. Görüntülərin hamısı aydın olmasa da, ümumi şəkildə götürdükdə Ərdoğanın sağlamlığı barədə suallar ortaya çıxır. Məslən bəzi videolarda pilləkanı çıxmaq üçün xanımının yaxud köməkçisinin yardımına ehtiyacı olduğu görünür. Bir başqa videoda yol gedərkən anıtqəbirdə Türkiyənin təsisçisi Mustafa Kamal Atatürkün qəbrinin yanında yol gedərkən özünü çəkməsi və yol getməkdə problemlə üzləşməsi diqqəti çəkir. İyul ayı çoxlarının diqqətini çəkmiş ayrı bir görüntüdə isə AKP üzvlərini televiziya vasitəsilə təbrik edərkən Ərdoğanın halsız olduğu və qırıq-qırıq danışdığı hiss olunur.”

Bu görüntü onun barəsində altsheymer xəstəliyinə (demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik), tənəffüs çatışmamazlığı və qusma probleminə düçar olması və qəlbin döyünməsini tənzimləyən aparata ehtiyac olması kimi şayiələrin yayılmasına səbəb olmudşur.
Türkiyə prezidenti həkimə müracət etməyi artırmış, mətbuat konfranslarını isə azaltmışdır.


1210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP