Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2021

Putinin bu açıqlaması ABŞ-ı təşvişə saldı

Rusiya Prezidenti Vladimir Putinin süni intellekt texnologiyalarından istifadə edərək aktiv şəkildə silah hazırlamağı planlaşdırdığına dair açıqlamaları Pentaqonu təşvişə salıb.

Bu barədə Peter Suçiunun "Nəşnl İnterest"də dərc olunan məqaləsində bildirilib.

Müəllif qeyd edib ki, Rusiyanın yüksək dəqiqlikli silahları, pilotsuz uçuş aparatları, eləcə də hərbi əməliyyatların əlaqələndirilməsi, strateji qərarların qəbulu və düşmən rabitəsinə təzyiq sistemləri sahəsində irəliləyişləri ABŞ-ın maraqlarına böyük zərbə vura bilər:

"Dəniz Analizi Mərkəzi tərəfindən bu ilin əvvəlində dərc edilmiş "Rusiyada Süni İntellekt və Muxtariyyət" haqqında hesabata əsasən, bu gün müxtəlif inkişaf mərhələlərində süni intellektlə işləyən 150-dən çox hərbi sistem mövcuddur".

Ekspert vurğulayıb ki, Rusiya və Çin arasında yüksək texnologiyalar sahəsində getdikcə sıx əməkdaşlıq Amerika üçün xüsusi təhlükə yaradır:

"ABŞ üçün daha qorxulu olan odur ki, Rusiyanın səyləri həm də Çinlə yüksək texnologiyalı əməkdaşlığa əsaslanır. Çin ümumiyyətlə yüksək texnologiyalar və xüsusən də süni intellekt sahəsində Rusiya üçün əsas tərəfdaşdır".


1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP