Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2021

Sionist komandir: İsrail məhv olur

Sionist rejim ordusunun ehtiyat qüvvələrinin yüksək səviyyəli komandirlərindən olan İshaq Brik deyib: “İsrail ordusu bir neçə cəbhədə müharibəyə hazır deyil və mümkün müharibə sionist rejimini onilliklər əvvələ aparacaq.”

İshaq Brik sionist rejiminin məhv olmaq ərəfəsində olduğunu vurğulayaraq deyib: “Bu qəzəbdən doğan bir proqnoz deyil, inkaredilməz həqiqətdir.”

İ. Brik əlavə edib: “Gələcəyin müharibəsi daxili cəbhədəki müharibədir. Bu, dəymiş ziyanın miqdarı baxımından əvvəllər yaşamadığımız bir mövzudur. Bu müharibə bizi onilliklər əvvələ aparır. Əvvəlki müharibələrdə keçdiyimiz çətin vəziyyət bir neçə cəbhədəki müharibə ilə müqayisədə heç nə deyil. Hansı ki, bu müharibədə hər gün minlərlə raket və PUA İsrailin daxili cəbhəsinə istiqamətlənəcək.”
O, sionist rejimi əleyhinə qarşıdan gələn müharibədə faciənin baş verəcəyini və onun infrastrukturunun məhv ediləcəyini bildirib.

Brik qeyd edib ki, sionist ordusunun dağılmış ünsürləri üzərində qalib bir ordu qurmaq mümkün deyil və bu məsələnin həlli təhlükəsizlik və siyasi səviyyələri başa düşməyi tələb edir.
Dünən (şənbə) sionist ordusunun daxili cəbhə komandiri Auri Qordin də 12-ci kanala verdiyi müsahibəsində deyib ki, Livan Hizbullahı ilə münaqişə yaranarsa, bu rejim böyük problemlə üzləşəcək və işğal olunmuş ərazilərin dərinliklərinə hər gün 2500 raket atılacaq.


1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP